Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

AXC-nin 100 illiyinə həsr olunmuş "Klassik musiqi gecəsi"

AXC-nin 100 illiyinə həsr olunmuş  "Klassik musiqi gecəsi"

Bülbülün Memorial Muzeyində

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş

"Klassik musiqi gecəsi"

 23 may 2018-ci il tarixində Bülbülün Memorial Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş AMK tərkibində Respublika  İncəsənət Gimnaziyasının şagirdlərinin ifalarında "Klassik musiqi gecəsi" keçirilmişdir.

Qonaqları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən  Respublikada bir sıra tədbirlər keçirilir. O,  ölkə başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyini xüsusi vurğuladı.

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova  2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu qeyd etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində əzəmətli səhifəsi olduğunu bildirdi.

Klassiq musiqi gecəsi Respublika İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdləri Züleyxa Abdullayeva, Murad Rəşidov, Əzizə Ələkbərli, Nəzrin Muradlı, Emil Naqornı, Fəridə Abbaszadənin ifaları ilə davam etdi.

28.05.2018
WHATSAPP ZƏNG ET