Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

Azərbaycan Dillər Universitetində “Çin operası”

Azərbaycan Dillər Universitetində “Çin operası”

Azərbaycan Dillər Universitetində “Çin operası”

 
Fevralın 27-də Azərbaycan Dillər Universitetində musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən musiqili dram teatrının ənənəsinə həsr olunmuş “Çin operası” adlı tədbir keçirilib.
 
Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov iki ölkə arasında mədəni əməkdaşlığın səmərəli inkişafından, qarşılıqlı musiqi tədbirlərindən söhbət açıb.
Azərbaycan peşəkar vokal sənətinin banisi, Bülbülün həyat yoldaşı Adelaida Məmmədova qadın rollarının məşhur ifaçısı, Pekin Operasının direktoru Mey Lanfan ilə Bülbül arasındakı dostluq münasibətlərindən danışıb. Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üçün bu iki sənətkarın yaradıcılıq planları ilə bağlı xatirələrini bölüşüb.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova iki ölkənin musiqi sahəsində əməkdaşlığı, muzeydə qorunub saxlanılan Çin xalq milli alətləri barədə məlumat verib.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin operasının müxtəlif regional formaları və janrları haqqında məruzələrlə çıxış ediblər. Çin ənənəvi opera filmlərindən məşhur səhnələr nümayiş etdirilib.
Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev – qədim xalqlar dostluğunun müasir davamçısı” kitabı hədiyyə olunub. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edib.
06.06.2017
WHATSAPP ZƏNG ET