Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

Bülbül muzeyi

Bülbül – Azərbaycan musiqi sənətinin inkişafı tarixindəbütöv bir dövrdür. O, nəhəng fəaliyyət diapazonuna malik dahi şəxsiyyətdir. Müğənni və artist, musiqişunas-alim, pedaqoq, fədakar insan, novator Bülbül musiqi sənətimizdə mütərəqqi və yeni nə varsa hamısının təşəbbüskarı və təbliğatçısı idi. Bülbülün, demək olar ki, bütün həyatı Azərbaycan sənətinin inkişafı naminə Qəhrəmanlıqdır.

Bülbül müsəlman dünyasından olan ilk vokalçıdır ki, İtaliyada təhsil almış vəspesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmiş, Azərbaycan millioxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa məktəbi ilə sintez etmiş,Azərbaycanda yeni vokal məktəbi yaratmışdır. Bu məktəb yalnız Azərbaycan vədigər milli respublikalar üçün əhəmiyyətli deyildi, o, Yaxın və Orta Şərq ölkələrinəçox güclü təsir etmişdi.

İfa Əsərləri


Bütün ifalar
WHATSAPP ZƏNG ET