Vokal Sənəti
Vokal sənətinin qısa tarixi
Oxuma – insan təbiətinin ən mühüm təzahürüdür, çünki özündə insanın ruhi və anatomik quruluşu ilə sıx bağlı hisslərin ifadəsini, ehtiraslarını, təxəyyülünü əks etdirir. Yalnız oxumaq kifayet deyil, səsi saxlamaq və incəsənətə xidmət etmək üçün oxumağı bacarmaq lazımdır. Məktəb nəyi verir? O musiqi aləti yaradır, estetik və akustik qanunlara müvafiq musiqi səsi yarada bilən qırtlaq, tənəffüs sistemi və rezanatorları harmoniya ahənginə çevirir. Akustik qanunlar üçün məktəblərin fərqliliyi önəmli deyil, çünki onlar yalnız səsin öz fiziki təbiətini idarə edirlər. Məktəb yalnız çatışmazlıqları və qüsurları aradan qaldırır, boşluqları doldurur. Amma üsullar dəyişir və hər məktəb, hər müəllim, öz üslubunu yaradır.
Qədim zamanlarda oxuma milli və dini xarakter daşıyırdı və heç bir didaktik təlimə ehtiyac duymurdu. Təbii və kortəbii şəkildə oxuyurdular, sadə və sakit melodiyaları və ya xor dualarını ibtidai alətlərin müşayiəti altında məbədlərdə oxuyurdular.
Məktəblər gec – musiqi digər incəsənət sahələrini ötüb keçdikdən sonra, həmin sənətlərin musiqinin yüksəldiyi zirvəyə çatmaq istədiyi bir vaxtda yarandı.
İlk oxuma məktəbi e.ə V əsrdə Romada Papa İlarinin təşəbbüsü altında yaradıldı. Onun şöhrəti qərbdə yayıldı və bunun ardınca VIII əsrdə Metz və San Qallo məktəbləri meydana gəldi. Lakin “məktəb” oxuma tərzini “xalq” oxuma tərzi və trubadorların oxuma tərzi ilə qarışdırmaq olmaz. “Məktəb” oxuması və “xalq” oxuması özündə iki fərqli axını təcəssüm etdirirdi ki, çox keçmədən bu iki axın bir-birinə əsaslı təsir göstərdi və nəhayətində birləşdilər. Günəşli həyat kilsə və kapellaların ayin musiqilərinə qoşuldu. Xalq oxuma tərzi məktəb oxuma tərzinə gözlənilməz uçuş, səslənmə parıltısı və variasiya cəsarəti bəxş etdi. “Ornamental oxuma” nın bu növü daha sonra dahi fransız məktəbinin dekorativ polifonik formalarına təsir göstərdi.
Oxuma məktəbləri həmçinin ona görə yarandı ki, insan səsi iki aktavadan istifadə etməyi bacarsın.
İlk məktəblər sırasında, xüsusilə toskaniyalı San Filippo Nerinin Roma kilsəsində Oratoriya adlandırılmış Keza Nova məktəbini qeyd etmək lazımdır ki, onun da yaradılmasında xor musiqisinin ilk bəstəkarı olan – Palestrina iştirak etmişdir.
Lakin vokal alətinin orijinal və əsl oxuma məktəbi normalarının yekun formalaşması məhz operanın yaradılması ilə başladı. Bu vaxtdan etibarən İtaliyada əsasən dekorativ tərzə və vokal ustalığına əsaslanan fərqli məktəblər yaranmağa başladı. Ustadlıq XVIII əsrdə Sopranistlərdə ən yüksək ifadəyə çatdı və onunla eyni anda dinləyicilərində birbaşa təəssürat yaradan, yerini təmiz səs gözəlliyinə vermək üçün söz və fikrin itdiyi, özünəməxsus xarakterik ornamentləri olan “gözəl oxuma” – Belkanto yarandı.
O zamanki italiyan məktəbi olan belkantoya qarşı fransız məktəbi üsyan etdi. Bu XIV Lüdoviqin ölümündən sonra qopmuş “oyunbazlar müharibəsi” ilə nəticələndi. “Oyunbazlar müharibəsi” zamanı fransız məktəbinin nümayəndəsi məşhur arqan ifaçısı, ahəngdarlıq haqqında ilk traktat yazan – Filip Ramo idi.
Alman məktəbi İtaliyan belkantosunun ələkeçməz və qeyri – təbii “ustadlıq” ını və fransız məktəbinin hədsiz “ekspressionizm”ini mülayimləşdirmək üçün çalışırdı: barokko və rokoko birgə birləşməli idilər ki, emosiya və fikir öz müvafiq yerlərini tutsunlar.
XIX əsrin sonu XX əsrin əvvəllərində Debyusinin başçılığı altında impressionist məktəbi yarandı. Ona əksi olaraq onunla eyni anda mövcud olan İtaliyan Versit məktəbi müğənnilərin səs tellərinin saxlanılması üçün heç bir qayğı göstərmirdilər. Qalın orkestrovka və müğənniləri orkestirlə yarışmağa məcbur edən tendensiya yeni oxuma məktəbləri yaratmaq üçün təşviqat aparmalı, tenbrin zənginləşməsi üçün deyil, səs həcminin inkişaf etməsi üçün çalışmalı idilər.