Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

Akademik

 

 

 

“Bülbülün yaradıcılığı Azərbaycanın böyük sərvətidir”.
Heydər Əliyev

Adətən, müğənnilər haqqında qısa yazırlar: nə vaxt, harada anadan olub,konservatoriyanı nə vaxt bitirib, hansı teatrda çıxış edib, hansı operalarda oxuyub, hansı opera partiyalarında daha çox uğur qazanıb. Bülbülün fəaliyyətinin nəhəng diapazonu barədə isə qısa danışmaq sadəcə, mümkün deyil.Xüsüsilə, ona görə ki, onun məşğul olmadığı bir sahəni göstərmək, həmin sahələrdə onun tədqiqatçı-təşkilatçı kimi ən güclü cəhətlərini görməmək çətindir.

Gəlin misilsiz vokalçı olan Bülbülün elmin və mədəniyyətin müxtəlifsahələrinin inkişafına nə qədər əmək və qüvvə sərfetdiyini yada salaq:

Bülbül Avropa və rus professional vokal məktəbinin Azərbaycanvokal-ifaçılıq mədəniyyətinin ənənələri ilə qovuşmasının mümkünlüyünü elmi cəhətdən sübüta yetirdi və vokal sənətində inqilab edərək, bu sahədə yeni bir məktəb yaratdı;

Bülbül Zaqafqaziyada ilk Elmi-Tədqiqat Musiqi Kabineti – ETMK-nıntəşəbbüskarı və təşkilatçısıdır.ETMK Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul oldu.ETMK Azərbaycan bəstəkarlarının yaradıcılığının inkişafında çox böyük rol oynadı. ETMK-nın bazasında Azərbaycan EA İncəsənət və Memarlıq İnstitutu yaranmışdır;

Bülbül Azərbaycan musiqi folklorunun müntəzəm toplanması və elmicəhətdən işlənməsinin təşəbbüskarı oldu, musiqi elminin bu sahəsinin yaranması və gələcək inkişafının əsasını qoydu;

Bülbül “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin yaranmasınıntəşəbbüskarı və bilavasitə iştirakçısıdır;

Bülbül “Azərbaycan dilinin fonetikası” əsərinin yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır;

Bülbül musiqi xəzinəsini bəzəyən və bütün dünyanın konsert salonlarını zəfərlə dolaşan simfonik muğamların yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır;

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların – xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır;

Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarınıntəşəbbüskarıdır. O, həmçinin bu qurultaylarda məruzəçi, onların keçirilməsi layihələrinin müəllifidir;

Bülbül 500 adda Azərbaycan xalq mahnı və rəqslərindən ibarət məcmuələrin tərtibçisi və redaktorudur;

Bülbül Azərbaycanda not nəşriyyatının təşkilinin təşəbbüskarıdır;

Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır;

Bülbül SSRİ-nin ən yaxşı musiqişünaslarının müşavirəsinin təşkilatçısıdır;

Bülbül neftçilərin Mərkəzi Mədəniyyət Sarayının və onun nəzdindəneftçilərin

   uşaqları üçün musiqi məktəbi yaradılmasının təşəbbüskarıdır;

Bülbül səsyazma kabinetinin təşkilatçısıdır;

Bülbül opera studiyasının təşkilatçısıdır;

Bülbül solo ifaçılıq xüsusi sinfinin təşkilatçısıdır;

– Ümumittifaq vokal konfransı 1937-ci ildə Moskvada Bülbülun təşəbbüsü və Üİ(b)P MK-ya məktubu əsasında         çağırılmışdır. Burada o, ölkənin bütün musiqiictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə cıxış     etmişdir;

- Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfransında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra   mühüm məsələlər irəli sürmüşdür: “Vokal kafedrasında elmi-tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli   müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ   xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması”;

- Bülbülun təşəbbüsü ilə 1941-ci ilin martında Ümumittifaq vokal konfransı çağırıldı. Bakıda muvəffəqiyyətlə kecirilən   bu konfransda iştirak edən ölkənin görkəmli professor və musiqişünasları Bülbülün işinə yüksək qiymət verdilər.

 - Bülbül bütün Ümumittiaq musabiqələrində münsiflər heyətinin üzvü, bütün vokal konfransları və müşavirələrində   iştirakçı və məruzəçi olmuşdur.Onun elmi cəhətdən əsaslandırılmış, dərin məzmunlu məruzələri böyük elmi   əhəmiyyət  daşıyırdı.

-Bülbül 1957-ci ildə keçirilən VI Ümumittiaq Moskva festivalında Şərqxalqlarının klassik oxuma müsabiqəsinin   münsiflər heyətinə sədrlik etmişdir.Həmin ildə Bülbül Moskvanın rəhbər orqanları qarşısında “alimləri, müğənniləri,   pianoçuları, skripka çalanları, violançel çalanları həm pedaqoq, həm də konsert ifaçılarını birləşdirmək üçün   İncəsənət  Akademiyası yaratmaq” zəruriliyi barədə məsələ qaldırdı.Bu barədə 1957-ci ildə “Sovetskaya muzıka”   jurnalında da məsələ qaldırılmışdı.

- Dünya musiqi mədəniyyəti tarixində elə bir müğənni tapmaq çətindir ki, onun professional fəaliyyəti Bülbülün   yaradıcılıq yolu kimi özünəməxsus və çox əhəmiyyətli olsun.Bülbül nəinki Azərbaycanın bədii mədəniyyətində, həm   də ümumiyyətlə, XX əsr vokal sənətində şərəfli yer tutmuş böyük müğənnidir.

- Bülbülün şöhrəti həqiqətən əfsanəvidir. Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz iz qoyan Bülbül dünya   musiqi sənətinə parlaq səhifələr yazmışdır. O, həyata keçirilməsi mümkün olmayanları belə, həyata keçirməyə   müvəffəq oldu. Bülbül Şərq və Qərb musiqi mədəniyyətinin qovuşdurulmasına nail oldu.

- Bülbül öz böyük, parlaq istedadını musiqi sənətinin inkişafına həsr etdi. O, Vətənə, xalqa, onun yüksək sənətinə   fədakarlıqla xidmət etməyin nümunəsidir.Bülbülün novatorluq fəaliyyəti böyük rus opera sənəti ustalarının     tarixirolundan əsaslı surətdə fərqlənir. Rus vokal sənətinin görkəmli nümayəndələriSobinov və Kozlovskinin, Fiqner və  Şalyapin kimi sələfləri vardı. Bülbülün isəklassik opera ənənələri əsasında yetişmiş sələfləri yox idi. O, bu işi   təkbaşına başlamış, Azərbaycanda heç kəsin getmədiyi cığırla getmişdi. Bülbülunyaradıcılığı çoxşaxəli və geniş əhatəlidir. O, hərtərəfli inkişaf etmiş, universal,mənən kamil sənətkardır. Bülbül xalq xanəndəliyindən zəngin yaradıcılığı ilədünya musiqi mədəniyyətini zənginləşdirən vokal sənətinin görkəmli ustadınaqədər böyük bir yaradıcılıq yolu keçmişdir. Avropa vokal mədəniyyəti baxımından Bülbül dünya vokal təcrübəsində analoqu olmayan fenomen bir sənətkardır.

- Bülbül müsəlman dünyasından olan ilk vokalçıdır ki, İtaliyada təhsil almış vəspesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmiş, Azərbaycan millioxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa məktəbi ilə sintez etmiş,Azərbaycanda yeni vokal məktəbi yaratmışdır. Bu məktəb yalnız Azərbaycan vədigər milli respublikalar üçün əhəmiyyətli deyildi, o, Yaxın və Orta Şərq ölkələrinəçox güclü təsir etmişdi.

Bülbül – Azərbaycan musiqi sənətinin inkişafı tarixindəbütöv bir dövrdür. O, nəhəng fəaliyyət diapazonuna malik dahi şəxsiyyətdir. Müğənni və artist, musiqişunas-alim, pedaqoq, fədakar insan, novator Bülbül musiqi sənətimizdə mütərəqqi və yeni nə varsa hamısının təşəbbüskarı və təbliğatçısı idi. Bülbülün, demək olar ki, bütün həyatı Azərbaycan sənətinin inkişafı naminə Qəhrəmanlıqdır.

Qəhrəmanlıq! Bunu deməklə mən səhv etmirəm. Qəhrəmanlıq nədir?

Qəhrəmanlıq çətin şəraitdə şərəfli, cəsarətli, vacib və gərəkli hərəkətdir. Döyüşçünün qəhrəmanlığı! Alimin qəhrəmanlığı! Bülbül də Qəhrəmanlıq etdi. O, Azərbaycanın vokal sənətində inqilab etdi. Bülbülün nadir gözəlliyə malik, təkrarsız ifa tərzi, səsi yavaşıdıb, tədricən gücləndirmək bacarığı, yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti barədə çox yazılıb!

 Bütün millətlərin görkəmli musiqi xadimləri bu barədə çox yazıblar: A.Qoldenveyzer, İ.Kozlovski, S.Lemeşev, D.Şostakoviç, V.Barsova, R.Qliyer, Riçard Vero, N.Xerle, O.Dmitriadi, D.Oystrax, M.Əşrəfi, Q.Qulam, M.Tursunzadə, V.Solovyov-Sedoy, Q.Qarayev, F.Əmirov, T.Quliyev, demək olar ki, ölkənin bütün musiqişünasları və bəstəkarları yazıblar.

Bülbül haqqında yazanların bəziləri hər dəfə xüsusi qeyd edirlər ki, Koroğlu Bülbül yaradıcılığının zirvəsidir. Unudurlar ki, Bülbül hələ Koroğluya qədər iyirmi yeddi il idi ki, Bülbüldü. Və Koroğludan sonra da iyirmi üç il Bülbül olaraq qalmışdı.

Bülbül nadir şəxsiyyətdir.

Onun opera səhnəsində  yaratdığı bütün obrazlar :

Kərəm –  “Əsli və Kərəm”  Ü.Hacıbəyov

Gənc qaraçı – “Aleko”  Raxmaninov

Kavaradossi – “Toska”  Puççini

Xoze – “Karmen” Bizzet

Hersoq – “Riqoletto”  Verdi

Aşıq Qərib – “Şah Sənəm” R.Qliyer

Əliyar – “Nərgiz” M.Maqomayev

Əsgər – “Arşın mal alan”  Ü.Hacıbəyov

Koroğlu – “Koroğlu”  Ü.Hacıbəyov

Fərhad – “Xosrov və Şirin” Niyazi

Aslan – “Vətən” Q.Qarayev və C.Hacıyev

Nizami – “Nizami” A.Bədəlbəyli

 həmişə ən yüksək zirvədə dayanıb.

Bülbülün bütün yaradıcı, ifaçılıq, elmi-pedaqoji, ictimai fəaliyyəti daim ən yüksək zirvədə olub. O, nə işi başlayıbsa, ən yüksək zirvəyə çatdırıb.

O, BAŞQA CÜR BACARMIRDI.

“İlk” sözü Bülbülün bütün fəaliyyətinən qırmızı xətlərlə keçir:

 Bülbül – 12 yaşında  Zaqafqaziya və Orta Asiyada tanınan  və sevilən ilk xanəndədir

Bülbül  –  vokalçı tələbə olan ilk azərbaycanlıdır.

Bülbül  –  vokal üzrə professor olan  ilk azərbaycanlıdır.

Bülbül – vokalçıların Moskvada keçirilən birinci Ümumittifaq müsabiqəsinin laureatı adını alan ilk azərbaycanlıdır.

Bülbül – azərbaycan bəstəkarlarının bütün opera, romans və mahnıların ilk ifaçısıdır.

Bülbül vokal sənətində mühüm bir hadisədir, onun aktyorluq həyatı musiqi sənəti tarixinə qızıl hərflərlə yazılmışdır. Vətənin vokal sənətinə dünya şöhrəti qazandıran, onu dünyaya tanıdan görkəmli ulduzlar sırasında Bülbülün adı haqlı olaraq öndə dayanır. Heç kəsi Bülbüllə müqayisə etmək, heç kimi onunla yanaşı qoymaq olmaz. O, yeganədir, təkrarsızdır, bərabəri olmayan şəxsiyyətdir. Sənətkar-müğənni, musiqişünas-alim, pedaqoq, ictimai xadim Bülbülü nadir, misilsiz səsinə, artistlik məharətinə, sənətkar dahiliyinə görə sevirdilər. O, sənət nəhəngidir.

Bülbül sənətinin “sirləri” hələ tam açılmamışdır. Hamıya məlumdur ki, millətin qururu, ləyaqəti onun mədəniyyəti ilə ölçülür, xalqın böyüklüyü mədəniyyətin böyüklüyü ilə müəyyən edilir. Mədəniyyətin gələcək inkişafı keçmişin mədəni irsi üzərində qurulduğundan, Bülbülün heyrətamiz miqyaslı, çoxcəhətli fəaliyyəti bizim üçün daha böyük əhəmiyyət və dəyər kəsb edir. Təsadüfi deyil ki, 1976-cı ildə, ümummilli liderimiz H.Ə.Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün Memorial Muzeyi yaradılmışdır.

Bülbülün Memorial Muzeyi ölkəmizdə vokalçı üçün yaradılan ilk muzeydir.

Bu gün muzeydə 8000-dən artıq vahid – Bülbülün yaradıcılığı, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında materiallar və sənədlərin əsli toplanıb. Bu qeyri-adi, hərtərəfli fəaliyyət Azərbaycan musiqi mədəniyyətinin az qala bütün cəhətlərinə toxunur. Muzeyin fondlarında toplanmış materiallar Bülbülun yarım əsrdən artıq bir müddətdə öz nəhəng və parlaq istedadını musiqi sənətinin inkişafına həsr etdiyini, inandırıcı şəkildə göstərir. O, öz coşğun enerjisi, iş qabiliyyəti və əməksevərliyi ilə seçilən şəxsiyyət idi.

Sənədlərin əsli ilə tanış olarkən başa düşürsən ki, Bülbülün fəaliyyət diapazonunun həqiqi miqyasını hələ kifayət qədər yaxşı təsəvvür etmirik. İllər keçdikcə Bülbülün adı ilə bağlı o nəhəng musiqi və ictimai varlığın əhəmiyyəti layiqincə və bütün dolğunluğu ilə açılacaq. Muzeydə toplanmış sənədlərin əsli tədqiqatçı-musiqişünaslar, bu sahədə çalışanlar üçün zəngin material verir və o, öz tədqiqatçısını gözləyir.

Ümumdünya şöhrətli musiqişünas V.Vinoqradov “Sovetskaya muzıka” jurnalının 1985-ci il, 10-cu sayında yazırdı: “Bülbül yaradıcı şəxsiyyət kimi nadir hadisədir, azərbaycanlı həmkarlarımızın indiyədək onun haqqında tədqiqat işləri yazmadığına çox təəssüflənirsən”.

Bülbülün xatirəsi bütün xalqımız, özünü incəsənətə həsr etmiş bütün insanlar üçün əzizdir.

Zaman keçdikcə Bülbülün həyatı yeni təfərrüat və təfsilatla zənginləşən, sönməyən, işıqlı bir əfsanə kimi qalır. Bu təfsilat, xatirə, fotoşəkil və sənədlərdən, eləcə də, onun sehirli səsinin sədalarından Bülbül surəti göz önündə canlanır.

Böyüklük ölümdən sonra da Böyüklük olaraq qalır.

Onun sənəti ölməzdir. Dahi Bülbülün yaradıcılığı haqqındakı xatirə zamana qalib gələcək.

Bülbül ölməzdir, əbədidir!

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə Bülbülün, M.S.Ordubadinin, C.Cabbarlının və C.Məmmədquluzadənin Memorial Muzeyləri yaradıldı.

1977-ci il, iyulun l-də Bülbülün Memorial Muzeyinin direktoru vəzifəsinə onun xanımı A.R.Məmmədova təyin olundu. Avqustun 1-də isə, mən onun xahişi ilə BMKZ-nin xarici əlaqələr şöbəsinin rəis müavini vəzifəsindən çıxıb, atamın muzeyinə fondların baş mühafizi vəzifəsinə gəldim ki, işində anama kömək edim. O heç vaxt işləməmişdi və zarafatla deyirdi: “Mən bilmirəm möhürü sənədin hansı tərəfinə vurum, sağ, yoxsa sol tərəfinə”.

Mən muzeyə bir neçə aylığa kömək etməyə gəlmişdim, ancaq çox zəngin sənəd toplusunu araşdırmağa o qədər aludə oldum ki, düz 12 il burada qalmalı oldum.

Səbr, diqqət tələb edən iş başlandı. Muzeyin rəssamı, muzeylər üzrə böyükmütəxəssis E.Q.Krupkin idi. O, Bülbülün Bakıdakı Memorial Muzeyinin ekspözisiyası və Şuşadakı ev-muzeyinin ekspözisiyasının yaradılmasına böyük əmək sərf etmişdir. Şuşada, rayon partiya komitəsinin katibi Niyaz Hacıyev hər xahişimizə həmin andaca əməl elədi, köməyini bizdən əsirgəmədi. Biz Niyaz Hacıyevi həmişə böyük minnətdarlıq hissilə xatırlayırıq. Bakıdakı Memorial Muzeyin işində isə bizə Mədəniyyət Nazirinin müavini Güllü Əbilova və Muzeylər İdarəsinin rəisi S.İ.İsmayılova çox kömək etmişlər.

1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial Muzeyinin təntənəli açılışı oldu, burada Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyev, bütün hökümət nümayəndələri, SSRİ Böyük Teatrının şöhrətli truppası iştirak edirdi.

Muzeyin ekspözisiyasına baxdıqdan sonra H.Ə.Əliyev demişdi:

“Bülbülün Memorial Muzeyinin açılışı mədəni həyatımızda böyükhadisədir. Şübhə yoxdur ki, muzey Azərbaycan musiqi sənətinin, bütün çoxmillətli dünya musiqi sənətinin görkəmli nümayəndəsi Bülbülün yaradıcılığını layiqincə təbliğ edən mərkəzə çevriləcəkdir. Bülbül özünün bütün parlaq, ilhamlı yaradıcılığı ilə, gözəl həyatı, zəngin bədii irsi ilə ümumxalq məhəbbəti və hörməti qazanmışdır. Ona böyük ehtiram bəslənir. Onun parlaq istedadı, gözəl obrazı bütün dünya xalqlarının, o cümlədən, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

29 iyul, 1983-cu ildəBülbülün Vətəni Şuşada, onun ev-muzeyinin təntənəliaçılışı oldu.

Muzeydə çalışdığım dövrdə mənim əlimdən Bülbülün yaradıcılığı, elmi-pedaqoji, ictimai fəaliyyəti ilə bağlı, Azərbaycan musiqi mədəniyyətinin demək olar ki, bütün sahələrinə aid 8000-dən çox material və sənəd əsli gəlib keçib.

Bülbülün müşavirələrdəki məruzə və çıxışlarının stenoqramları, Direktiv orqanlara onun məlumat vərəqələri, onların qarşısında qoyduğu məsələlərinhəyatakeçirilməsi, onun yazışmaları mənim qarşımdadır. Köhnəlib, zamanın saraltdığıvərəqlərBülbülün keçdiyi çətin və şərəfli yoldan xəbər verir.

“Sənədlər susanda, əfsanələr danışır.

Əgər öz doğru tərcümeyi-halını özün yazmasan, onu başqaları uyduracaqlar“.

Dahi Fyodor Şalyapin.

Bütün sənədlərlə tanışlıqdan sonra Bülbülün fəaliyyətinin geniş ictimaiyyətə hələ məlum olmayan çox tərəfləri açılır.

Aşağıda yazılacaqların hamısı həqiqi sənədlərə əsaslanır:

Bülbül – müsəlman aləmindən ilk vokalçıdır ki, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmiş və Azərbaycan milli oxumasının ən yaxşı üsulları ilə rus və Avropa məktəblərini sintez edərək, Azərbaycanda yeni vokal məktəbini yaratmışdır.

Bu məktəb yalnız Azərbaycan və başqa milli respublikalar üçün əhəmiyyətli deyildir. Yaxın və Orta Şərq ölkələrinə böyük təsir göstərmişdir.

Bülbül Zaqafqaziyada ilk Elmi-Tədqiqat Musiqi Kabineti – ETMK-nın təşəbbüskarı və təşkilatçısıdır. ETMK Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul oldu. ETMK Azərbaycan bəstəkarlarının yaradıcılığının inkişafında çox böyük rol oynadı. ETMK-nın bazasında Azərbaycan EA İncəsənət və Memarlıq İnstitutu yaranmışdır.

Bülbül Azərbaycan Konservatoriyası çərçivəsində musiqi-tədris prosesini yüksək səviyyəyə qaldırmış, vokal sahəsində ilk azərbaycanlı professordur. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbül xalq xanəndəsindən sovet vokal sənətiningörkəmli ustasına qədər böyük yaradıcılıq yolu keçmiş, öz yaradıcılığı ilə sovet və dünya vokal mədəniyyətini zənginləşdirmiş müğənnidir.

Bülbül 1897-ci il, iyunun 22-də Şuşada Azərbaycanın bir çox böyük şair vəmusiqiçilərinin, səciyyəvi Şərq səsi və orijinal ifa tərzi olan muğam xanəndələrinin vətənində doğulmuşdur. Elə burada-Şuşada Bülbülün, 8 yaşlı xanəndə oğlanın sənət taleyi başlanır. Onun oxuma sənəti təbiətin bəxş etdiyi səsdən, bülbülləri məharətlə yamsılamaqdan ibarət idi.

1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlayır.Bu, məhdud dairədə olan məşğələlər idi. Burada əsas diqqət dini oxumalara – mərsiyəyə və şəbih üçün xanəndələr hazırlamağa verilirdi.

Azərbaycan spesifik şərq oxuma məktəbini, bütün muğamları öyrənən, məşhur Şuşa xanəndələri ilə ünsiyyətdə olan Bülbül çox keçmədən Zaqafqaziya və Orta Asiyada populyar xanəndə olur.

1909-cu ildə Bülbül Gəncəyə köçür.

1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi Vano Saracişvili ilə tanış olur.

Tez-tez Tiflisə gələn Bülbül konsert və tamaşalara, gürcü operalarına gedir,Tiflisdə qastrolda olan italyan müğənnilərinin ifasında operalara qulaq asır və fikirləşir ki, görəsən, o da bir vaxt belə oxuya biləcəkmi?!

O, keçdiyi xanəndəlik məktəbi ilə klassik opera sənəti arasında çox böyük fərq olduğunu başa düşür, italyanlar kimi oxumaq, İtaliyanı görmək, orada təhsil almaq istəyirdi. Bütün bunlar hələ arzu olaraq qalırdı.

Təhsil almaq arzuları Bülbülü rahat buraxmırdı.

 1912-ci ildə gənc Bülbül tanınmış şair Abbas Səhhətlə tanış olur və bu gözəl insana ürəkdən bağlanır. Şair ona kitablar bağışlayır, savadlanmasına kömək edir, rus dilini öyrədir, özünün Puşkindən, Lermontovdan etdiyi tərcümələrini oxuyur. Rus ədəbiyyatının zənginliyi ilə onu tanış edir.

Bülbülün Gəncədə yaradıcılıq, həmkarlar, komsomal işini əks etdirən çox köhnə sənədlər o dövrün qaynar ruhunu özündə saxlamışdır.

Bu sənədlər ondan xəbər verir ki, Bülbül Gəncədə xanəndə və musiqiçilərdən ibarət xor yaradıb, Gəncə və onun qəzalarında musiqi-teatr işini təlimatçı-təşkilatçısı, komsomol özəklərinin təşkilatçısı olub.

O, Gəncə İncəsənət İşçiləri İttifaqının sədri, İncəsənət İşçiləri I Ümumazərbaycan qurultayının nümayəndəsi, İncəsənət İşçiləri İttifaqı İdarə Heyətinin üzvü və həmin ittifaqın mədəniyyət şöbəsinin müdiri, bu ittifaqın mədəni-maarif plenumunun üzvü, sonra isə İncəsənət İşçiləri İttifaqı İdarə Heyəti sədrinin müavini seçilmişdir.

1920-ci ildə Bülbülü Bakıya – Opera Teatrına, Üzeyir Hacıbəyovun muğamoperası olan “Əsli və Kərəm” də baş rolu ifa etmək üçün dəvət edirlər. “Əsli və Kərəm” Azərbaycan lirik-dramatik dastanının motivləri əsasında yaradılmışdı.

Kərəm rolunu ifa edən xanəndədən muğamatı bilməkdən və iki-iki yarım oktavalı diapazondakı yaxşı səsdən başqa ayrı heç nə tələb olunmurdu. Hər xanəndə bunu istədiyi kimi improvizə edirdi. Gözəl muğam bilicisi Bülbül üçün Qurban Pirimovun çaldığı tarın müşayiətilə sərbəst improvizə heç bir çətinlik yaratmırdı.

Kərəm obrazı opera səhnəsində Bülbülün ilk yaradıcılıq uğurlarındandır. Bakı dinləyiciləri Bülbülün sehrli səsinə, aydın diksiyasına, hər sözü açıq tələffüz etmək bacarığına heyran olmuşdular. Hər musiqi ifadəsindən (fraza) sonra gurultulu alqışlar qopurdu. Bu müvəffəqiyyətə səbəb Bülbülün musiqi folklorunu hərtərəfli bilməsi, aşıqların, müğənni-xanəndələrin məişətinə, adət-ənənələrinə bələd olması idi. Tamaşaçılar Kərəmə – Bülbülə inanırdılar.

Bülbül özünün keçdiyi xanəndəlik məktəbi ilə klassik opera sənəti arasındakı nəhəng fərqi get-gedə daha çox anlayır və yeni istiqamətdə oxumanın bütün incəliklərinə yiyələnmək qərarına gəlir.

1920-ci ildə Bülbül həmişəlik Bakıya köçür və 1921-ci ildə təşkilində özünün də iştirak etdiyi Azərbaycan Konservatoriyasına daxil olur. 1920-ci ildə Xalq Maarif Komissarlığında, o vaxt yeganə N.Nikolayevin şəxsi musiqi məktəbi əsasında xalq konservatoriyası təşkil etmək məqsədilə komissiya işləyirdi. Bülbül İncəsənət İşçiləri Həmkarlar İttifaqından bu komissiyanın üzvü idi. Konservatoriyada bir professor, bir pedaqoq yox idi ki, onu Bülbülün taleyi maraqlandırmasın, narahat etməsin. Bəziləri qorxurdu ki, o, səsini tamam itirəcək, bir başqaları da qorxurdu ki, səsini də itirməsə, sehrli tembrini itirəcək və o, Avropa oxuma tərzinə yiyələnə bilməyəcək. Şərq oxuma tərəfdarlarının bir dəstəsi Şərq ənənəvi oxumasına “xəyanətə” görə narazılığını bildirirdi. Lakin Bülbül qətiyyətlə, bu yoldan sapmadan öz məqsədinə doğru gedirdi. Onu həmişə təhsilə can atma, öyrənmə, axtarış, əldə etdiklərilə kifayətlənməmək cəhəti başqalarından fərqləndirirdi. Professional musiqi təhsili almaq arzusu tezliklə onun hisslərinə hakim kəsilir. O, böyük səylə F.Polyayevin sinfində məşğul olur, konservatoriyada təhsili uğurla nəticələndikcə, İtaliyaya səfər etmək arzusuna dönə-dönə qayıdırdı.

1924-cü ilin yay tətilində Bülbül İtaliyaya gedir. Orada qəti qərara gəlir: Bakı Konservatoriyasını bitirdikdən sonra İtaliyada ixtisasını artırmaq.

1927-ci ildə Konservatoriyanı müvəffəqiyyətlə bitirən Bülbülün uğur və həvəsini görən Azərbaycan höküməti onu İtaliyaya, Milan şəhərinə biliyini təkmilləşdirmək üçün dörd illik ezamiyyətə göndərməyi qərara aldı. Bu, Bülbülə iki məktəbin sintezini – dünya sənəti və milli sənətin ən yaxşı nailiyyətlərinin üzvi birləşməsini yaratmaq arzusunu həyata keçirməyə imkan verdi.

1927-ci ilin noyabrından 1931-ci ilin oktyabrınadəkBülbül Milanda oldu.

Bülbül xatirələrində yazırdı: “Mən uzun müddət inadla oxudum. Maestro Qraninin məşğələləri mənə çox böyük fayda verdi. O öz tələbələrinə çox dəqiq şəkildə izah edirdi, mən də səylə onları yerinə yetirirdim. Mən vokal ədəbiyyatının öyrənilməsinə çox vaxt sərf edir, vokal sənəti və oxuma üsulu barədəki zəngin ədəbiyyatla, əsərlərlə tanış olur, vaxtımın çoxunu kitabxanalarda keçirir, müxtəlif oxuma məktəblərini öyrənirdim. Mən tamaşa və konsertlərdən də çox öyrənirdim. Dünyanın bütün məşhur müğənnilərinin iştirak etdikləri bir tamaşanı belə ötürmədim, Vaqnerin “La-Skala” teatrında göstərilən “Nibelunqlar üzüyü” trilogiyasının bütün tamaşalarına baxdım. Məşhur dirijor A.Toskanininin iştirakilə olan tamaşaların birini də ötürmədim. Təəssüf ki, Toskanini 1928-ci ilin axırında İtaliyanı tərk etməyə məcbur oldu.

Mən Toskanininin İtaliyadan qaçmalı olduğu həmin tamaşa vaxtı da teatrda idim. Tamaşadan əvvəl faşist himnini çalmaqdan imtina etdiyinə görə bu məşhur dirijor ölkədən qaçmağa məcbur olmuşdu.

Üç dəfə Veronaya getdim, orada açıq meydançada ikiaylıq yay mövsümü təşkil olunurdu, burada dünyanın məşhur müğənnilərinin iştirak etdiyi “Faust”, “Karmen”, “Məzhəkəçilər”, “Kənd şərəfi” operalarını dinlədim. Ən yaxşı simfonik və kamera konsertlərini dinləyirdim. İtaliyaya qastrola gəlmiş F.Şalyapinə 14 dəfə qulaq asdım. Böyük rus artistininiştirak etdiyi tamaşalar mənim üçün böyük məktəb, yaradıcılıq laboratoriyası oldu”.

Bu illər axtarış və kəşflərlə dolu illər idi.

Budur, dörd il arxada qaldı. O, artıq öz məqsədinə çatmışdı. 1931-ci ildə İtaliya jurnalı “Arte Nostra” Bülbülün iri şəklini və “Azərbaycandan gəlmiş Bülbül” adlı məqalə çap etdi. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya gəlmiş ilk vokalçıdır, o, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir və maestro Rafaele Qrani Bülbülün italyan oxuma məktəbinə, dərsdemə üsuluna mükəmməl yiyələndiyini etiraf etdikdən sonra Bülbül vətəninə qayıtmağa tələsir ki, Avropada topladığı bilikləri öz xalqına versin, öz arzusunu – iki məktəbin sintezini həyata keçirsin. Bu cür sintezin gözəl sübutu Bülbülün öz yaradıcılığıdır”.

Hamımız bilirik ki, dünyada yaxşı müğənnilər az deyil. Yaxşı müğənni olmaq olar, İtaliyada oxumaq olar, öz respublikana qayıdıb operalarda ilk ifaçı, baş ifaçı olmaq olar, öz sənətində, vokal ustalığında nəyə nail olduğunu göstərmək olar.

Bu yerdə mən Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Xalq şairi Rəsul Rzanın sözlərini misal gətirmək istəyirəm: “…lakin Bülbül təkcə gözəl müğənni deyil! Hər şeydən əvvəl, Bülbül ilk cığıraçandır, o özü tək başlamışdı,Azərbaycanda heç kəsin getmədiyi cığırla, heç kəsin açmadığı, Azərbaycan incəsənəti üçün yeni olan yollarla getdi, çətinlikləri, maneələri dəf edərək getdi və cəsarətlə yeni yol açdı.Bülbül Azərbaycan vokal sənətində inqilab etdi”.

1931-ci ildə Bülbülün İtaliyadan qayıtması, Konservatoriyada ilk məruzəsi, onun Xalq Maarif Komissarlığındakı müşavirədə çıxışı ilə Azərbaycan musiqi sənətinin inkişafında yeni dövr başladı.

Yeni formalı musiqi dramaturgiyasının yaradılması və bunun üçün müvafiq kadrların yetişdirilməsi üzrə mürəkkəb iş başladı.

Bülbülün 14 dekabr 1931-ci ildəki məruzəsi Azərbaycan Konservatoriyasının tarixində özünə görə ilk məruzə idi.Respublikanın musiqi xadimləri, professorlar N.İ.Speranski, İ.S.Aysberq, M.A.Kolotova, Y.Qrossman və başqaları onu yüksək qiymətləndirdilər.

Üzeyir Hacıbəyov Bülbülün məruzə və çıxışını dönüş nöqtəsi adlandırdı:

“Bülbülün məruzəsi ona görə qiymətlidir ki, məsələn, şəxsən mən, Konservatoriyada tələbələrimizi, ümumiyyətlə, necə tərbiyələndirməli olduğumuz barədə müəyyən təsəvvür əldə etdim. “

1931-ci il dekabrın sonunda Xalq Maarif Komissarlığındakı müşavirədə Bülbül yeni opera, romans və mahnılar yaratmaq məsələsi haqqında çıxış etdi. O, dedi: “Zamanın özü Azərbaycanda yeni formalı operaların yaranmasını təkidlə tələb edir. Gərək Üzeyir Hacıbəyov və Müslüm Maqomayev klassik müasir Azərbaycan operaları yazmağa başlasınlar.Onların “Leyli və Məcnun” və “Şah İsmayıl” muğam operaları Azərbaycan milli opera sənətində ilk addımlardır.Xalq yaradıcılığı bəstəkarlara muğamatın timsalında əsas (kanva) verir, bu operaların təksəsli musiqisi muğamların bir-birini əvəz etməsidir.Operanın üslubu muğam-improvizə üslubudur.Hər iştirakçının partiyasındakı muğamlar adi solo opera formalarını (ariya, ariözo, monoloq, recitativ) əvəz edir.Yeni Azərbaycan operaları hamının qəbul etdiyi rus və Avropa opera formalarında yazılmalıdır.Bizim bəstəkarlar klassik Avropa opera formasını mənimsəməlidirlər ki, təksəsli oxuma əvəzinə Avropa çoxsəsli (polifoniya) oxumanı tətbiq etsinlər.Əvvəlki improvizasiya əvəzinə hər bir artist nota salınmış öz partiyasına malik olsun.Xalq melodiyalarından, muğamlardan yeni operalarda da istifadə etmək olar, lakin bu, klassik Avropa operaları ruhunda yenidən yaradılmalıdır.Bu, sadə götürülmə olmamalıdır, folklor materialı əsasında orijinal motivlər yaradılmalıdır. Bizim Azərbaycan Dövlət truppası yalnız “Leyli və Məcnun”, “Əsli və Kərəm” oxuya bilir, çünki bizdə hələ konservatoriya bitirmiş təhsilli musiqiçilər, təhsilli artistlər yoxdur. Bizim qonşularımız olan ermənilər və gürcülər öz dillərində, məsələn, “Karmen”i səhnəyə qoya bilirlərsə, biz bunu hələ edə bilmirik, çünki kadrlarımız yoxdur…”

Bülbülün Azərbaycan sənətinin inkişafı sahəsində hərtərəfli və çox zəhmət tələb edən fəaliyyəti başlandı.

Yaradıcılıq və müəllimlik fəaliyyəti ilə yanaşı, Bülbül eyni vaxtda Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasının təşəbbüsçüsü və təşkilatçısı kimi də çıxış edir.

Bülbül Respublika Xalq Maarif Komissarlığına yazırdı:

“…Azərbaycan musiqi mədəniyyətinin bizə lazım olan istiqamətdə inkişafı məsələsi əsasən mahnıyaratma məhsulu ilə nəticələnir ki, bunun da öyrənilməsi və tənqidi təhlili musiqi problemlərinin elmi əsaslarla işlənməsi yolunda ilk addımdır.

Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycanın bütün musiqi-elmi və musiqiyaradıcı qüvvələrinin cəmləndiyi mərkəz olmalıdır…” .

Demək lazımdır ki, bu formada bir təşkilatın yaradılması Bülbülün çoxdankıarzusu idi.Hələ 1926-cı ildə, yay tətili zamanı Bülbül Moskvaya gedir, paytaxtda yenicə yaradılmış Musiqi Elmləri İnstitutu – DMEİ ilə yaxından maraqlanır. O burada konsert verir, konsertdən əvvəl ağzınadək dolu salondakı tamaşaçılar qarşısında məruzə ilə çıxış edir. Buraya toplaşmış musiqişünaslar üçün hər şey yeni, orijinal idi, Bülbülün oxumağı hamını valeh edirdi.Sonra Azərbaycan musiqisi barədə mühazirələr və konsertlər DMEİ-nin etnoqrafik bölməsində də təşkil edilir.

“Musiqi və Oktyabr” jurnalının 1926-cı il nömrəsində Bülbülün rəhbərliyi altında ilk Azərbaycan vokal-instrumental ansamblının çıxışı barədə L.Kaltatın məqaləsini və DMEİ-nin etnoqrafiya bölməsinin sədri, musiqişünas V.Pasxalovun rəy və təşəkkürünü dərc etmişdi. V.Pasxalov yazırdı: “…Dövlət Musiqi Elmləri İnstitutunun etnoqrafik bölməsi etnoqrafik bölmənin vəzifələrinə ideyalı münasibətə və bölmənin kütləvi yığıncağının konsert hissəsində təmənnasız çıxışına görə Bülbülə dərin minnətdarlığını bildirməyi özünə borc bilir…”

SSRİ Dövlət Musiqi Elmləri İnstitutunda fonoyazı və tədqiqat işi ilə tanışlıqdan sonra Bülbül qəti qərara gəlir ki, Azərbaycanda Elmi-Tədqiqat Musiqi Kabineti yaratsın və bu kabinet Azərbaycan musiqi folklorunun ən yaxşı nümunələrini toplamaq, öyrənmək, çap eləməklə məşğul olsun. Tarixi qədimlərə gedib çıxan xalq mahnılarını üzə çıxarsın, Azərbaycan rayonlarına bol-bol səpələnmiş xəzinəni geniş ictimaiyyətin malı etsin. Bu niyyətlə də o, Bakıya qayıdır.

1932-ci ildə Bülbül öz arzusunu həyata keçirdi. O, İncəsənət İşləri İdarəsi nəzdində Zaqafqaziyada ilk Elmi-Tədqiqat Musiqi Kabineti yaratdı. Bülbül Qarabağa ilk elmi ekspedisiyaya – Musiqi Kabinetinə işləməyə dəvət etdiyi, ilk Azərbaycan romanslarının müəllifi, bəstəkar Asəf Zeynallı ilə bərabər getdi.Onların topladığı çox zəngin material musiqi kabinetinin fəaliyyətinin əsasını qoydu.

Bülbül Musiqi Kabinetilə əməkdaşlığa bəstəkar Ü.Hacıbəyovu, S.Rüstəmovu, Q.Qarayevi, C.Hacıyevi, T.Quliyevi, F.Əmirovu, Niyazini, Z.Bağırovu, S.İsmayılovu dəvət etmişdi.Onlar xalq dühasının qaynar bulağından bol-bol ilham və mövzular alırdılar.

Musiqi Kabinetinin tapşırığı ilə bəstəkar Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” əsərini yazmağa başladı.Ü.Hacıbəyov Musiqi Kabinetinin topladığı çox böyük materialı tədqiq etdi. Bülbülə bağışladığı kitabının titul səhifəsində Ü.Hacıbəyov belə avtoqraf yazırdı: “Bu əsərin yaranmasınıntəşəbbüskarı və misilsiz Koroğlu, SSRİ Xalq artisti Bülbülə.

Bəstəkar Qara Qarayev yazırdı: “Elmi-Tədqiqat Musiqi Kabinetinin rəhbəriBülbül məni xalq musiqisi üzərində işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığının, xalq mahnı və rəqslərinin yazılışını aparır, xalq mahnılarını işləyib təkmilləşdirirdim.Beləliklə, mən xalq musiqisinə yaxınlaşdım və xalq yaradıcılığının zənginliyinə valeh oldum.Mən elmi ekspedisiya ilə Nuxa rayonunda oldum. Bu səfərin nəticələri gözəl idi, eşitdiyim bir xalq melodiyası isə ilk simfonik əsərim olan “Ürək mahnısı” əsərinin əsasını təşkil etdi…”

1933-cü ildə Bülbül pianoçuların, skripkaçıların, violonçelçalanların və Vokalçıların Birinci Ümumittifaq Moskva Müsabiqəsində iştirak edir. O çox mürəkkəb və rəngarəng proqram hazırlamışdı: Loenqrinin hekayəti, Kavaradossinin ariyası, Rimski-Korsakovun “May gecəsi” operasından Levkonun mahnısı, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən Əsgərin ariyası, Qliyerin”Şahsənəm” operasından Qəribin ariyası, Donisettinin “Məhəbbət şərbəti” operasından ariya, “Cokonda “dan ariya, Şubert və Şumanın romansları, iki Azərbaycan mahnısı.

Bülbül bu müsabiqənin laureatı oldu, mükafat aldı, onun Konservatoriyanın böyük zalında, İttifaqlar Evinin sütunlu salonunda və Moskva Alimlər Evindəki çıxışları isə paytaxt tamaşaçılarının dərin rəğbətini qazandı.

Müsabiqənin bütün laureatları kimi, Bülbül də bir neçə axşamı paytaxtın ən yaxşı konsert salonlarında çıxış etdi.Konservatoriyanın böyük zalında Qliyerin əsərlərindən ibarət konsert çox gözəl keçdi.Qəribin ariyasını Bülbül təkrar oxudu.

Bülbülün bütün ölkəyə qastrol səfərinə çıxmağının əsası da o vaxt qoyuldu.

1934-cü ildə ilk Azərbaycan klassik operası – Qliyerin “Şahsənəm”i yarandı.Operanın librettosu gözəl Şahsənəmlə xanəndə Qəribin məhəbbəti haqqında Azərbaycan xalq əfsanəsi əsasında qurulmuşdu ki, həmin əfsanəni Lermontov Zaqafqaziyada olduğu günlərdə eşitmiş və 1837-ci ildə qələmə almışdı.Aşıq Qəribin obrazını Bülbül ilhamla, əsl ustalıqla yaratmışdı.Xalq melodiyalarını və klassik musiqini gözəl bilməsi və hər ikisini gözəl ifa etməsi Bülbülün oyununa qeyri-adi məlahət verir, gözəl oxumağı hamıya böyük sevinc bəxş edirdi.

“Şahsənəm” operası Azərbaycan musiqisini simfonizmə uyğunlaşdırdı, mürəkkəb formalar yaratmağa, yeni Azərbaycan operasının yazılmasına geniş yollar açdı.

1935-ci ildə ilkin olaraq Müslüm Maqomayev müasir mövzuda “Nərgiz” operasını yazdı.Görkəmli yazıçı M.S.Ordubadi tərəfindən qələmə alınmış libretto Azərbaycanda xalq kütlələrinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsindən bəhs edirdi.Bülbül Əlyarın rolunu ifa edirdi. O, inqilabi hadisələrin təsirilə sinfi şüuru oyanmış cavan kəndlinin bitkin musiqili və ümumiləşmiş dramatik obrazını yaratmışdı.

“Nərgiz” operası sübut etdi ki, opera müasirliyi əks etdirə bilər və etdirməlidir.

“Şahsənəm” və “Nərgiz” operaları Azərbaycan klassik operasının gələcək inkişafını müəyyənləşdirdi.

1935-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Bülbülə Azərbaycan SSR Əməkdar artisti fəxri adı verildi.

1935-ci ildə Bülbül üçün yadda qalan çox şey oldu.Xüsusilə də onun Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi ilə əlaqədar Azərbaycan nümayəndə heyətinin tərkibində Moskvaya səfəri unudulmaz oldu.

1937-ci ildə Bakıda Ü.Hacıbəyovun ölməz “Koroğlu” operasının premyerasıkeçirildi.Epik-qəhrəmanlıq operası olan “Koroğlu”nun sujetini Azərbaycan dastanı təşkil edirdi.Libretto M.S.Ordubadinin idi.

Bəstəkar və musiqişünas Ə.Bədəlbəyli yazırdı: “Bülbülün ifasında Koroğlu obrazı öz daxili ehtirası ilə adamı məftun edirdi. Bülbülün ifasında Koroğlu əfsanəvi qəhrəman, xalq intiqamçısı öz pəhləvan qaməti ilə, incə qəlbli, şair ürəkli, vurğun aşiq kimi tamaşaçı qarşısında dayanırdı.Obrazın bu fövqəladə mürəkkəb ahəngini aktyor öz oyunu ilə, əlbəttə ki, açıq, sərbəst axan, gözəlliyi, qüdrəti ilə insanı valeh edən səsi ilə tamaşaçıya çatdırırdı.Bu səsə heyran olmadan, böyük istedad qarşısında heyrətlənmədən ona qulaq asmaq mümkün deyildi”.

Ü.Hacıbəyovun xahişi ilə Bülbül onun “Arşın mal alan” operettasında Əsgərin rolunu ifa etdi. Bülbülü yalnız ciddi dramatik operalarda görməyə adət etmiş tamaşaçıların onu Əsgər rolunda görməyi çox böyük marağa səbəb oldu.Tamaşaçılar Əsgərin şən kupletlərini ona təkrar-təkrar oxudurdular.

Yaradıcı, elmi-tədqiqat, təşkilatçılıq işindən başqa Bülbül öz biliyini, təcrübə və bacarığını yeni vokal kadrların hazırlığı işinə sərf edirdi.Bülbül öz pedaqoji işinə 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında professor əvəzedicisi vəzifəsilə başlamışdı. O, yuxarı kurslarda oxuma ustalığı kursu aparırdı (professor adı ona 1940-cı ildə verildi). O zaman Konservatoriyada qüvvətli pedaqoji heyət vardı: Karakicev, Ab, Xeyfets, Aysberq, Speranski, Ştrasser, Presman, Bretanitski, Kolotova, Nikolski, Qrossman. Yeganə azərbaycanlı vokalçı pedaqoq Bülbül idi.Bülbül konservatoriyaya və musiqi məktəbinə azərbaycanlı vokalçıların qəbulunda fəal iştirak edirdi. Azərbaycan vokal sənəti nəzəriyyəsini diqqətlə işləyib hazırlayan Bülbül tələbələr üçün vəsait və Azərbaycan dilinin fonetik xüsusiyyətlərinin əsasında Azərbaycan sözlərindən xüsusi tapşırıqlar tərtib edirdi, buraya beş yox, doqquz sait səs daxil edilirdi.

Azərbaycan dilinin fonetikasının öyrənilməsinə Bülbül böyük diqqət yetirirdi.Onun “Oxuma üçün Azərbaycan dilinin fonetik xüsusiyyətlərinin əhəmiyyəti” adlı əsəri və Səməd Vurğuna məktubu elmi cəhətdən böyük maraq doğururdu.

Bülbülün müxtəlif vokal əsərlərinin nəşri işinin təşkili kimi nəzərə çox çarpmayan, lakin müstəsna əhəmiyyəti olan işini də qeyd etməmək olmaz, çünki bu əsərləri bir neçə musiqiçi nəsli oxuyub öyrənir.   

Gənc vokalçılar yetişdirilməsi məsələsi Bülbülü narahat edir. 1937-ci ilin fevralında UK(b)P MK-sına məktubunda o, geniş konfrans çağırmağı təklif edir ki, “… ən yaxşı vokal müəllimlərinin təcrübəsi ümumiləşdirilsin ki, bu da milli respublikalar üçün çox əhəmiyyətlidir”. O yazırdı: “…Mədəniyyətin yüksək zirvələrini fəth etməyə doğru gedən Sovet İttifaqının respublikaları bizim mədəniyyət mərkəzlərindən ədəbiyyat, vəsait, metodiki göstərişlər şəklində kömək gözləməyə haqlıdırlar. Bizdə həllini gözləyən məsələlər həddən artıq çoxdur.

İnsan səsinin möhkəmliyi, davamlılığı kimi vacib məsələlər tədqiq edilməmişdir.Pedaqoqlar səsin korlanmasından çox ehtiyat edirlər və bir növ “ehtiyatla” aparılan məşqlər nəticəsində müğənnilərin çoxu tədris muəssisələrini əsl, gözəl ziləqalxma olmadan bitirirlər.

Mən, 40, 50 il çox yüksək tessiturada oxuyan minlərlə aşığı, gürcü etnoqrafik müğənnilərini, Yaxın Şərq müğənnilərini, yəhudi kantorlarını misal göstərə bilərəm ki, onlar öz improvizasiyalarında əsl vokal virtuözluğu nümayiş etdirirlər.

Sovet İttifaqında saysız-hesabsız yaxşı səslər var ki, bu səslər düzgün qoyulsaydı, ölkəmiz vokal sənəti xəzinəsinə cevrilərdi. Milli respublikalar üçün xüsusilə vacib olan geniş konfrans çağırılmalıdır ki, bütün İttifaqın musiqi ictimaiyyətinin iştirakı ilə bu geniş forumda oxuma tədrisi və vokal nəzəriyyəsi problemlərinin həlli müzakirə edilsin..”

Bülbülün UK(b)P MK-sına məktubu onun milli incəsənətin inkişafı probleminə necə ciddi yanaşdığını əyani şəkildə göstərdi. Bu məktub diqqəti xüsusilə cəlb etdi və bir neçə aydan sonra, 25 iyun, 1937-ci ildə Moskvada vokal təhsili problemlərinə həsr olunmuş Ümumittifaq müşavirəsi çağırıldı.Bülbülün”Səsşünaslıq üçün Azərbaycan dilinin fonetik xüsusiyyətləri” mövzusundaməruzəsi, müşavirədə öz sinfinin əyani şəkildə bu xüsusiyyətləri nümayişetdirməsi iştirakcıların böyük marağına səbəb oldu və hamıda dərin təsir oyatdı.

“Müşavirə çox canlı, həddən artıq maraqlı keçdi.Sovet İttifaqının görkəmlipedaqoqları burada iştirak edirdilər. Moskva, Leninqrad, Tbilisi konservatoriyalarıprofessorlarının məruzələrində qiymətli fıkirlər çox idi. Ən geniş məruzə iləA.B.Qoldenveyzer çıxış etdi.Bütün məruzələr çox maraqlı olsa da, sinif işininəyani fəaliyyətindən, pedaqoq səsi necə yoluna qoyur məsələsindən ayrılmışşəkildə idi.”Hər pedaqoq hansı metodiki üsullarla yaxşı nəticələr əldə edir?” kimiməsələ də əyani şəkildə nümayiş etdirilmədi.

Mən vahid yaradıcı üsulu görmədim.Müğənniləri kamilləşdirmə idealı barədəki söhbətlər hamını əyani şəkildə inandıra biləcək praktiki əsaslandırma olmadan aparılırdı.

Mənim dediklərim və əyani göstərdiklərim zəhmətimin məhsulu idi ki, Azərbaycan, rus klassik və Avropa oxuma məktəblərinin sintezinə əsaslanan yeni məktəbin mahiyyətini aşkarlayırdı.Mən Azərbaycan dilinin fonetik xüsusiyyətlərini, onun səsin zildə formalaşmasına tez uyğunlaşan sinqarmonizmini açdım və öz şagirdlərimin köməyilə bunu nümayiş etdirdim.Bütün məşğələləri mən Azərbaycan dili əsasında, rus klassik və Avropa oxuma məktəblərinin ümumi prinsiplərinə tamamilə uyğun gələn Azərbaycan sözlərindən tərtib etmişdim.

Registrlərin elastikliyini, rəvanlığını, ahəngini nümayiş etdirən bir sıra metodiki üsullar göstərdim.Elə buradaca mənim şagirdlərim Qərbi Avropa və rus müəlliflərinin ariyalarını, romanslarını və Azərbaycan xalq mahnılarını oxuyurdular.

Bütün çıxışım boyu mən auditoriyanın marağını hiss edirdim. Aydındır ki, bu, respublikanın milli vokal mədəniyyətinin inkişafına olan maraq idi.

Buradaca mənə təklif etdilər ki, gələn müşavirə üçün qardaş respublikalarda musiqi təhsilinin inkişafı barədə xüsusi məruzə hazırlayım.Vokalçıların ilk müşavirəsi mənim üçün gözəl məktəb oldu və pedaqoji metodumun düzgünlüyünə məndə inam hissi oyatdı”.

Sənətşünaslıq doktoru, professor A.B.Qoldenveyzer yazırdı:

“…Bəzi pedaqoqlar milli müğənnilər yetişdirmək kimi çətin problemdən boyun qaçırmağa çalışırlar, deyirlər ki, boğaz oxuma tərzi heç nəyə yaramır və s. ondan imtina etmək lazımdır. Bu, yalnış fikirdir.

Bu milli oxuma tərzindən Avropa oxuma tərzinə yol açmaq, milli oxuma tərzinin bəzi özünəxas xüsusiyyətlərini itirməməklə avropasayağı oxumağı öyrətmək lazımdır.

Bülbülün məruzəsi çox maraqlıdır, onun müddəaları, Azərbaycan oxuma məktəbinin əsas prinsiplərini nümayiş etdirən tələblərinin “canlı” misalları ilə əyani şəkildə təsdiqlənirdi.

Professor Bülbül tərəfindən Azərbaycan oxuma məktəbinin inkişafının əsası qoyulmuşdur ki, bunun da qardaş respublikalarda vokal təhsilinin təşkili üçün böyük əhəmiyyəti vardır.

Bülbül Avropa oxuma üsullarını Azərbaycan milli oxuma tərzinin xüsusiyyətlərilə çox gözəl şəkildə uyuşdura bilmişdir.

Bu işdə Bülbül məktəbinin böyük xidməti vardır…”

Bakıya qayıdan Bülbül, cəsarətlə öz sinfinə gənc, istedadlı azərbaycanlıları cəlb etməyə başladı, onları Avropa vokal mədəniyyətinə qovuşdurmağı asanlaşdırmaq üçün yeni üsullar axtardı. Bülbül milli kadr hazırlığı, eləcə də milli operanın yaradıcı kollektivini təşkil etmək sahəsində yorulmadan iş aparırdı.

Bülbül aşıq sənətinə də böyük məhəbbətlə yanaşırdı. O, aşıq yaradıcılığı nümunələrini qayğıkeşliklə toplayır, respublikanın rayonlarına xüsusi ekspedisiyalar gondərir, Fətulla Allahverdiyev, Qurban Sadıqov, Mirzə Bayramov,Aşıq Əsəd və başqa ifa etdiyi melodiyaların yazılışını təşkil edirdi. Bülbül 25 aşığın müşavirəsini çağırmış, burada aşıq yaradıcılığının şifahi materialının toplanması üçün briqada təşkil etmişdi. 250 çap vərəqindən çox həcmdə dastan, nağıl, qəzəl və xalq nağılları, aşıq musiqi yaradıcılığının yazılışı aparılmışdı.

Aşıq yaradıcılığına çox böyükəhəmiyyət verən Bülbül aşıqlar qurultayının çağırılması barədə məsələ qaldırdı. O, gələcək qurultayın işinin böyük və ətraflı layihəsini tərtib etdi, aşıq yaradıcılığının ən aktual məsələlərini nəzərə aldı.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan dekadası ərəfəsində Respublika Aşıqlarının II Qurultayı çağırıldı, burada Sovet hakimiyyəti illərində xalq musiqi yaradıcılığının gur inkişafının yekunları geniş müzakirə olundu.Aşıqlar qurultayı xalq yaradıcılığına partiya və hökumətin böyük qayğısının parlaq təzahürü idi. Xalq aşıqlarının bu nüfüzlü forumu Bülbülün təşəbbüsü ilə çağırılmışdı və o,qurultayın bütün mahiyyət və istiqamətini müəyyənləşdirən iş proqramı hazırlamışdı.

Bülbül qurultayda geniş məruzə ilə çıxış etdi, burada Azərbaycan musiqi folklorunun hərtərəfli və dərindən öyrənilməsi problemlərindən, müasir şəraitdə aşıqların yaradıcılığının geniş yayılmasında az rol oynamayan Elmi- Tədqiqat Musiqi Kabinetinin aşıq yaradıcılığı nümunələrənin toplanması vəöyrənilməsi sahəsində məhsuldar işindən danışdı.

Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası 1938-ci il, aprelin 5-də Ü.Hacıbəyovun “Koroğlu” operası ilə açıldı.

Həmin il Bülbül yenə paytaxta getdi: onu Moskvada Ümumittifaq Vokalçılar Müsabiqəsində münsiflər heyətinə üzv seçdilər.

Bülbülün həyatının əsas qayəsi doğma respublikada musiqi təhsili işini daha yüksəklərə qaldırmaq, incəsənətin inkişafı və çiçəklənməsinə kömək göstərmək, Azərbaycan incəsənəti qayğısına qalmaq, onu Sovet incəsənətinin zənginləşən xəzinəsində ən dəyərli incilərdən birinə çevirmək arzusu idi.

1940-cı ilin əvvəlində Moskvada vokal təhsili üzrə Ümumittifaq konfransı çağırıldı. Bülbül “Azərbaycan oxuma məktəbi sovet məktəbinin bir hissəsi kimi” adlı maraqlı məruzə ilə çıxış etdi. Onun məruzəsi konfransda böyük uğur qazandı.

SSRİ Xalq artisti V.V.Barsova “Pravda” qəzetində yazırdı:

“SSRİ Xalq artisti Bülbül öz məruzəsini qardaş respublika vokalçılarının yetişdirilməsinə həsr etdi. Bu, çox böyük və vacib problemdir. Hələ bu yaxınlaradək rus vokal məktəbi prinsiplərinin SSRİ-nin Şərq xalqları vokal mədəniyyətinin milli xüsusiyyətlərilə “uyuşmazlığı” kimi yanlış fikir mövcud idi. Məruzə bunun əksini çox gözəl sübut etdi: rus oxuma məktəbi üsullarından bacarıqla istifadə qardaş xalqların vokal sənətinin daha artıq çiçəklənməsinə şərait yaradır…”

Bu konfransda Bülbül bir sıra maraqlı məsələ qaldırdı: vokal kafedrasında elmi – tədqiqat və elmi-metodiki iş aparmaq zərurəti, milli müğənni kadrlarının hazırlığı, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyətinin şöbələrinin yaradılması, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə mərkəzi institutun təşkili haqqında.

İttifaq XKŞ incəsənət işləri üzrə komitənin sədr müavini Şapovalov yekun sözündə Bülbülün qaldırdığı məsələnin böyük əhəmiyyətindən danışdı: “…Bülbüln öz çıxışında vokal kafedrasına elmi-tədqiqat və elmi-metodiki iş aparmaq barədə qəti tələb irəli sürməkdə tamamilə haqlı idi. Bülbülün qoyduğu böyük siyasi əhəmiyyət kəsb edən məsələ də həmçinin xüsusi müzakirə tələb edir. Biz bu məsələni şüurlu olaraq xüsusi məsələ kimi qabardırıq ki, respublikaların birində xüsusi konfrans keçirək, bütün qardaş respublikaları buraya cəlb edək, təcrübəni, hər şeydən əvvəl, Azərbaycan məktəbinin təcrübəsini diqqətlə öyrənmək əsasında milli kadrların hazırlığı məsələsini həll edək”.

Budur, 1941-ci ilin martında Bakıda vokal kadrların hazırlığı üzrə Ümumittifaq müşavirəsi çağırılır.

Bakıya, Ümumittifaq müşavirəsinə İttifaqın hər yerindən görkəmli musiqi xadimləri, oxuma professorları yığışdılar. Çoxlu maraqlı görüşlər, rəy mübadiləsi, dostluq söhbətləri, faydalı mübahisələr oldu.

Bülbülün işinə verilən qiymət müşavirənin qətnaməsində öz əksini çox aydın tapmışdır:

“…Professor Bülbül tərəfindən Azərbaycan müğənnilərinin hazırlığının əsas metodiki prinsiplərinin işlənib-hazırlanması üzrə böyük məhsuldar iş aparılmışdı.

Professor Bülbülün müşavirədə nümayiş etdirilən praktiki pedaqoji işi onun seçdiyi yolun prinsipial düzgünlüyünü təsdiqlədi. Bu iş Avropa oxuma məktəbi əsaslarının bir sıra milli xüsusiyyətlərlə sintezinin mümkünlüyünü göstərdi.

Müşavirə metodiki cəhətdən düşünülmüş vokal-texniki işi qeyd edir. Müşavirə həmçinin, professor Bülbülün gənc pedaqoqlarla apardığı çox böyük işi də qeyd edir…”

Moskva Konservatoriyasının professoru D.Aspelund yazırdı:

“Biz hamımız bilirik ki, milli vokal kadrların hazırlığı məsələsi hələ də ən vacib və çətin məsələ olaraq qalır. Bakı Konservatoriyasının professoru Bülbül bu işdə təşəbbüskar və entuziastdır. Hələ 1937-ci ildə Ümumittifaq vokal-pedaqoji konfransında biz, bu konfransda iştirak edən pedaqoqlar yeni Azərbaycan vokal məktəbinin banisi Bülbülün şagirdlərinin əyani nümayişi ilə onun məruzəsini dinləmişdik. Professor Bülbülün məktəbi ümumavropa məktəbinin milli xüsusiyyətlə uyuşmasına əsaslanır.

Professor Bülbül belə uyuşmanın mümkünlüyünü elmi cəhətdən sübut etdi”.

Bülbül yeni ifaçılar və pedaqoqlar hazırlanması üzrə yorulmadan iş aparırdı ki, onlar konservatoriyada hərtərəfli təhsil görmüş artistlər yetişdirə bilsinlər. Həmin artistlər həm Azərbaycan, həm də rus və Qərbi Avropa opera tamaşalarında oxuya bilsinlər.

Bülbül yazırdı: “Kadrların hazırlanması indi həlledici rol oynayır, axı, köhnə muğam məktəbinin müğənniləri klassik operalarda çıxışlar edə bilməzlər. Səsin vəziyyəti arasında böyükfərq var, bu iki uslubda ifacı-müğənninin formalaşma prosesi iki müxtəlif yolla gedir – vokal sənəti və vokal ustalığının iki müxtəlif dünyası.

Şərq oxuması ilə Avropa oxuması arasındakı fərq məsələsi çox ciddi məsələdir. Bu, böyük zəhmət, elmi-tədqiqat və elmi- metodiki iş tələb edən məsələdir.

Əsas vəzifə odur ki, təhsil almış, yüksək klassik ustalığa yiyələnmiş müğənni xalq üslubunda da oxumaq bacarığını saxlaya bilsin ki, iki cərəyanın istədiyimiz sintezi aşkar olsun. Bu sintez bütün xalqlara və respublikalara aid deyil. O, Azərbaycanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda… qədim zamanlardan muğam mədəniyyəti və aşıq yaradıcılığı ifası inkişaf etmiş hər yerdə vacibdir, bu ifanın əsasında opera oxumağı, kamera ifası inkişaf edir. Respublikaya təhsilli kadrlar müasir vokal mədəniyyət və texnikası ilə silahlanmış, öz milli musiqi mədəniyyəti ilə uzlaşmış şəkildə rus və Qərbi Avropa oxuma məktəblərinin ustalıq elementlərinə yiyələnmiş və mütləq rus və Azərbaycan dillərində oxuyan müğənnilər lazımdır…”

Bülbülün məruzə və çıxışları, onun vaxtında qaldırdığı məsələlər, görkəmli vokal professorlarının, musiqişünasların fikirləri musiqişünaslıq elminə böyük töhfəsidir və böyük elmi əhəmiyyətə malikdir.

Böyük Vətən müharibəsi illərində Bülbül hərbi hissələrdə və hospitallarda mədəni xidmət sahəsində öz gərgin, fövqəladə, şərəfli işini davam etdirir, Zaqafqaziya və Bryansk cəbhələrinə konsertlər verməyə gedirdi.

Bülbülün silahı onun mahnıları oldu. 1941-ci ilin iyul – avqustunda müğənni yığma qoşun doyüşçüləri qarşısında və çağırış məntəqələrində çıxış edir, 1941-ci ilin sentyabrında isə Azərbaycan Opera Teatrı ilə İrana, oradakı Qızıl Ordu hissələrinə xidmət üçün yola düşür.

1942-ci ilin ağır iyul gülərində, alman işğalçıları Bakıya can atdığı vaxt Bülbül Zaqafqaziya cəbhəsində 44-cü orduda idi, bədii-konsert briqadasına rəhbərlik edirdi. Briqadaya Səid Rustəmov, Qurban Pirimov, Ələsgər Ələkbərov, Zülfü Adıgözəlov, Leyla Bədirbəyli, Sara Qədimova daxil idi.

 Bryansk cəbhəsinə 1943-cü ildəki səfər unudulmaz idi. Bryanska yol Moskvadan keçirdi. Moskvada Azərbaycan artistlərinin briqadasını hücuma keçən ordunun “hədiyyəsi” adlandırırdılar. Qəzetlər yazırdı: “Bakıdan Moskvaya Azərbaycan incəsənəti ustalarından ibarət briqada gəlmişdir. SSRİ Xalq artisti Bülbül briqadaya rəhbərlik edir. Artistlər Moskvadan döyüşçü və komandirlərə mədəni xidmət üçün döyüşən orduya yola düşəcəklər. Bülbül bədii konsert briqadası ilə bərabər, Bryansk cəbhəsində ay yarım çıxış etdi.

Artistlər on cəbhədə müharibə dövrünün bütün çətinlik və məhrumiyyətlərini döyüşçülərlə bərabər bölüşürdülər. Bülbül deyirdi: “Vətənimizin müdafiəçiləri böyük məhəbbət və hörmətə layiqdirlər. Biz də elə çıxış etməliyik ki, onlar bu məhəbbət və hörməti hiss etsinlər”.

Bülbül yorulmadan, aramsız oxuyurdu. Düşməni məğlub edən döyüşçülər haqqında, vətənə sonsuz məhəbbət, müqəddəs vətənpərvərlik, azadlıq və müstəqillik haqqında, doğma yurdda qalıb, qalib əsgəri gözləyən qız haqqında, vətənini qorumağa gedən oğluna xeyir-dua verən qoca ana haqqında oxuyurdu. Bülbül bircə hərbi hissəni də, bircə səhra hospitalını da yaddan çıxarmadı.

Döyüşçülər artistlərə ürəkdən, böyük səmimmiyyətlə minnətdarlıq edirdilər. Onların dedikləri artistləri isindirirdi.

Bülbül hospitallarda, hərbi hissələrdə, arxa və ön cəbhələrdə yüzlərlə konsert vermişdi. Bülbülün mahnıları döyüşə səsləyirdi, döyüşçü və komandirləri vuruşlara ruhlandırırdı.

Böyük Vətən müharibəsi günlərində sovet incəsənəti xalqın mənəvi səfərbərliyi sahəsində qüdrətli vasitə idi. Azərbaycan musiqisi də yeni, əsl vətənpərvər ruhlu əsərlərlə zənginləşmişdi.

Bülbül Azərbaycan bəstəkarlarının müdafiə mövzülü əsərlərindən ibarət məcmuənin yaradılmasını zəruri hesab etdi. İşinin çoxluğuna, konsertlərinin saysız-hesabsız olduğuna baxmayaraq, o, 1943-cu ildə “Böyük Vətən müharibəsi günlərində Azərbaycan bəstəkarlarının vokal əsərlərindən” məcmuəni tərtib etdi.

Bütün ölkə kimi, Bülbül də “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə yaşayır və yaradırdı.

Vətənin ağır günündə Bülbül şəxsi vəsaitindən 200 min manat pulu müdafiə fonduna, tank dəstəsi fonduna və cəbhəçilərin uşaqlarına kömək fonduna verdi.

Ali Baş komandandan Bülbülün adına iki hökumət teleqramı gəldi:

“Yoldaş Bülbül, Qızıl Ordunun zirehli tank qüvvələrinə qayğınıza görə mənimsalamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin.

İ.STALİN”.

“Cəbhəci ailələrinə göstərdiyiniz qayğı üçün, yoldaş Bülbül, Sizə və Sizin xanımınıza təşəkkür edirəm. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin.

İ.STALİN”

Ağır müharibə illərində Azərbaycan Opera Teatrı öz işini nəinki dayandırır, hətta yeni tamaşalar hazırlayırdı. 1943-cü ildə bəstəkar Niyazinin Nizami Gəncəvinin eyniadlı poemasının süjeti əsasında yazdığı yeni, gözəl “Xosrov və Şirin” operası tamaşaya qoyuldu.

Bülbül Fərhad rolunu ifa edirdi, bu, memarlıq istedadı ilə sərkərdə istedadını özündə birləşdirən xalq qəhrəmanı obrazı idi.

Bülbül respublika zəhmətkeşləri ilə tez-tez görüşürdü. Neftçilərin, inşaatçıların, hərbçilərin, kolxozçuların qonağı olurdu. Hər çıxışından sonra Bülbül nitq söyləyirdi. O, səmimi, ürəkdən gələn sözlərlə danışır, istənilən auditoriya ilə ünsiyyət yarada bilirdi. Mülayim danışığı, xalq məsəllərini işlətməsi, mehriban təbəssümü ilə hamını özunə cəlb edirdi. Sözləri ürəkdən gəlirdi, heç vaxt kağızdan oxumurdu, qeydlər yazmırdı. Onda qeyri-adi yüksək intellekt heyrətamiz şəkildə qovuşur, bu da onu dinləyənləri valeh edirdi. Azərbaycanın sənaye müəssisələrinin kollektivləri, kolxoz və sovxoz zəhmətkeşləri planı vaxtından əvvəl yerinə yetirəndə, yaxud bir obyekti işə salanda Bülbülə məktubla müraciət edir, gəlib onların sevincinə şərik olmasını xahiş edirdilər. İnanırdılar ki, Bülbül görüşlərinə gəlib, onları təbrik edəcək. Daha artıq nailiyyətlər arzulayacaq və bütün axşamı onlar üçün oxuyacaq. Əlbəttə ki, getməzdən əvvəl musiqi məktəbinə dəyərək, oradakı işlərlə maraqlanacaq, şagirdlərə qulaq asacaq, gərəkli məsləhətlər verəcək. O, bu cür yaradıcı görüşlərə sözsuz, məmnuniyyətlə gedirdi.

1945-ci ildə bəstəkar Q. Qarayevlə C.Hacıyevin yeni hərbi-vətənpərvərlik operası yarandı. Bu, respublikanın musiqi həyatında ciddi hadisə idi. “Vətən” operası müharibədəki hadisələrin canlı əks-sədası idi, onun qəhrəmanlıq səhifəsi idi. Bülbül bu operada Sovet İttifaqı Qəhrəmanı, zabit Aslanın rolunu ifa edirdi. Bülbülün ifasında bu igid döyüşçünün hər kəlməsi düşmənə dərin nifrət, Vətənə odlu məhəbbətlə nəfəs alırdı. Həyatı, dolğun obraz yaratmış Bülbülün “Hər gün itirirəm döyüşçülərimi” ariyası tamaşaçıları kövrəldirdi.

Bülbül, öz xalqının müntəzəm olaraq incəsənətə qovuşmaq, yeni musiqi mədəniyyətini qavramaq, çox zəngin musiqi irsini mənimsəmək qayğısına qalırdı.

Biz Bülbülə iri simfonik əsərlərin yeni forması – simfonik muğamların yaranmasına görə də borcluyuq. Bülbül sovet musiqi xəzinəsini gözəlləşdirən simfonik muğamların yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır. Azərbaycan muğamlarından simfonik əsərlər yaratmaq barədə Bülbül çoxdan fikirləşirdi.

“Şur” və “Kürd-ovşarı” simfonik muğamları üzərində işləmək üçün Bülbül bəstəkar F.Əmirovu dəvət etdi. Bizim evdə, köhnə “Bekker” iş pianosunda yazılan bu simfonik muğamlar yəqin ki, indiyədək Bülbülün və Fikrətin əllərinin hərarətini özündə saxlayıb.

“Şur” və “Kürd-ovşarı”nın partituraları F.Əmirovun Bülbülə ünvanladığı minnətdarlıq sözlərilə muzeydə nümayiş olunur:

“İri simfonik əsərlərin yeni forması olan simfonik muğamların yaradılması üçün biz Bülbülə borcluyuq.Özündə gözəl adətləri saxlayan, Azərbaycan xalq musiqisinin ən yaxşı biliicisi, təşəbbüskarı olan Sizə  borcluyam. Əzizim Bülbül təməli möhkəm qoyulmuş atamla sizin dostluğunuz mənə həmin yaradıcı dostluğu davam etməyə, səmimi dost və ailənizin oğlu kimi qalmağa fürsət verdi.”                                                          

 F.Əmirovun “Şur” və “Kürdovşarı” simfonik muğamlarından az sonra Niyazinin “Rast”, sonra isə S.Ələsgərovun “Bayatı-Şiraz” simfonik muğamı yarandı.

Bülbülün yuzilliklərin dərinliklərindən qaldırıb bizim əsrə gətirdiyi musiqi asan, anlaşılan şəkildə onun qarşısında geniş üfüqlər açdı. Bülbülün irəlicədən dediyi kimi, simfonik muğamlar nəinki ölkəmizdə məşhurlaşdı, onların bütün dünyada zəfər yürüşü başlandı.

Bülbül Azərbaycan musiqi mədəniyyətini nəhəng sıçrayışla irəli apardı.

Bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, Lenin mukafatı laureatı, SSRİ Xalq artisti, professor Qara Qarayev “Bakinski raboçi” qəzetində yazırdı: “Respublikamızın musiqi həyatında əlamətdar hadisə gənc, istedadlı bəstəkar Fikrət Əmirovun yeni simfonik əsərlərinin – Azərbaycan muğamları “Şur” və Kürd-ovşarı”nın ifası oldu. Yeni əsərlərin əsasını Fikrət Əmirov, professor Bülbülün rəhbərliyi altında musiqi folklorunun görkəmli bilicilərinin oxuması, xalq çalğı alətləri ifasının dəqiq yazılışı ilə Azərbaycan muğamlarını daxil etmişdir.

Azərbaycan musiqisinin yeni əsərlərinin yaranmasında SSRİ Xalq artisti Bülbülün böyük rolunu qeyd etmək lazımdır. O, muğamların simfonizə edilməsinin təşəbbüskarıdır, bu fikri gənc bəstəkara o demişdir. F.Əmirovun bu işində Bülbül çox fəal iştirak etmişdir – materialların seçilməsi, qiymətli məsləhətləri, bəstəkara verdiyi elmi məsləhətlərilə.

Azərbaycan musiqi folklorunun böyük bilicisi professorun gənc, istedadlı bəstəkarla yaradıcı əməkdaşlığı sovet musiqisinə qiymətli töhfə olan gözəl simfonik əsərlərin yaranmasını təmin etmişdir. Azərbaycan bəstəkarları Bülbülə çox borcludurlar”.

1947-ci ildə M.S.Ordubadinin librettosu əsasında Ə.Bədəlbəylinin böyük şair Nizaminin yubileyinə yazdığı eyniadlı opera tamaşaya qoyuldu. M.S.Ordubadi Nizami Gəncəvi və onun dövrü haqqında məşhur tarixi-bioqrafik “Qılınc və qələm” romanının müəllifidir. Opera klassik opera sənəti prinsipləri əsasında yaradılmışdır. O, məzmun və formaca müxtəlif xor musiqisi ilə zəngindir. Qəhrəmanların musiqi xarakteristikası cilalanmışdır. Bu, əsas qəhrəman olan Nizaminin partiyasında parlaq şəkildə üzə çıxır. Nizaminin rolunu Bülbül ifa edirdi. Bu mürəkkəb rola o, ilhamla, vahid yaradıcılıq ehtirası ilə hazırlaşırdı. Nizami obrazı onun üçün əziz idi, onu çox sevirdi. Şairin surəti üzərində işlərkən, onu xüsusi həvəslə kamilləşdirir, naxış vururdu. Bülbül bu böyük söz ustadının əsərlərinə dönə-dönə qayıdır, onun poemalarını, qəzəllərini oxuyur, dövrünü, XII əsrin məişətini, mədəniyyətini diqqətlə öyrənirdi. Nizami-Bülbül, hər şeydən əvvəl, xalqın müdrik şairi, filosof idi. Onun gözləri ağıl, zəka nuru yayırdı, bu gözlərdə alim-şairin zəngin daxili aləmi əks olunurdu. Hərəkətləri əzəmətli, təmkinli idi. Çox çətin vokal partiyasını, xüsusilə ikinci pərdədəki geniş diapazon tələb edən ariyanı Bülbül rahat, asan və təbii ifa edir, hamını heyran qoyurdu. Qəhrəmanın hər kəlməsini ürəkdən, hədsiz dramatik ifadə ilə oxuyurdu. Vokal texnikası və “belkanto” ahəngdarlığına (kantilena) mükəmməl yiyələnmiş Bülbül oxumaqda çətinlik çəkmir, yüksək tessituranın öhdəsindən asanlıqla gəlirdi. Nadir gözəllikdə, güclü və sanki nəhayətsiz görünən geniş diapazonlu səsi ilə Bülbül möcüzələr yaradırdı.

Bülbül böyük Azərbaycan şairinin obrazını gözəl yaratdı. Nizaminin qəlb genişliyini, onun xalqa, Vətənə məhəbbətini tamaşacıya çatdırdı. Şairin mənəvi gözəlliyini, alicənablığını açmaq üçün Bülbülün tapdığı hər təfərrüat onun yüksək dramatikliklə vokal sənətinin məhsulu idi.

Bülbül yaradıcılığında kamera-vokal janrı xüsusi yer tuturdu. O, tez-tez böyük konsert proqramları ilə çıxış edirdi.

Bülbülün repertuarı geniş idi, bura Azərbaycan muğamları, Azərbaycan bəstəkarlarının əsərləri, qardaş xalqların bəstəkar mahnıları, dünya və rus vokalının gözəl nümunələri daxil idi. Bülbül Azərbaycan, rus, Ukrayna, gürcü, italyan, fars dillərində oxuyurdu.

Bülbülün ifaçılıq fəaliyyətinin ən əlamətdar dövrü 1933-cu il mövsümündə, Moskvanın konsert estradasında A.Qaukun idarəsilə Moskva Filarmoniyası Simfonik Orkestri ilə çıxışıyla başladı. O, Sovet İttifaqının bütün respublikalarında simfonik və kamera konsertlərində A.Qauk, Y.Mravinski, M.Əşrəfi, O.Dmitriadi kimi dirijorlarla və əlbəttə ki, öz sevimli dirijoru Niyazi ilə çıxış edirdi.

Bülbül çox oxuyurdu, ilhamla oxuyurdu. Rus və Qərbi Avropa bəstəkarlarının romans və ariyalarını, Azərbaycan bəstəkarlarının əsərlərini oxuyur, hər solo konserti üçün rəngarəng proqram hazırlayırdı. Tamaşaçılar qarşısında öz konsertlərinə çox böyük məsuliyyət hissi ilə hazırlaşırdı.

Mətnin mənasını aydın şəkildə nəzərə çatdırmaqla o, sözun musiqi mahiyyətini açmağa, son dərəcə ifadəli deklamasiyaya, əsas ideyanın, məzmunun ideal aydınlığını çatdırmağa xüsusi əhəmiyyət verirdi. İnsan ehtiraslarının, hiss və həyəcanlarının əzəmətli gücünü, onun sevinc və kədərini Bülbül nəinki iri səhnə obrazlarında, hətta vokal miniaturlərdə də ifadə edirdi.

Bülbül liderabent konsertlərdə də çıxış edirdi, gözəl musiqiçi və onun dostun olan Vladimir Kozlov da həmişə onu fortepianoda müşayiət edirdi.

Bülbül vokal texnikasına mükəmməl yiyələnmişdi, səsi bütünlüklə ona tabe idi. Səsi necə gücləndirib, sonra zəiflədərək uzatmasını təsvir etmək mümkü deyil. Bunu sözlə demək çətindir. Bunu gərək eşidəsən. Bu, adamı heyrətə salır.

Oxuduğu zaman Bülbül özünü dəqiqliklə nəzarətdə saxlaya bilir, ən müxtəlif binaların akustikasından çox gözəl baş açır, zalın akustik şəraitini müəyyən etdikdən sonra öz istedadına geniş meydan verirdi.

Çox güclü nəfəsi, geniş diapazonlu lirik-dramatik tenoru, nadir səsi olan Bülbül dinləyicilərin ürəyinə hakim kəsilirdi. O, öz ifa ustalığı ilə xalqın böyük məhəbbətini qazanmışdı.

Konsert fəaliyyəti, çoxillik gözəl zəhməti 1950-ci ildə Bülbülə SSRİ Dovlət mükafatı verilməklə qeyd olundu, o mükafatı ki, Bülbül uşaq evinə vermişdi.

Bülbül Şərq poeziyasını sevir, Sədini, Hafizi, Ömər Xəyyamı, Xaqanini dönə-dönə oxuyurdu. Lakin onun ürəyində Nizami ilə Füzulinin xüsusi yeri vardı.

Füzulinin (400 illik) yubileyində Bülbül sevimli şairin sözlərindən ibarət maraqlı konsert proqramı hazırladı, Bakıdakı çıxışlarından sonra Azərbaycan zəhmətkeşlərini Füzuli şerinin gözəlliyinə şərik etmək üçün respublikaya səfərə çıxdı.

Bütün ölkədə Bülbülü görkəmli müğənni, alim, pedaqoq kimi tanıyır, musiqi aləmində onun biliyi, fikri, zövqü ilə çox hesablaşırdılar.

Ölkənin, demək olar ki, böyük hadisələrinin heç biri Bülbülün iştirakı olmadan ötüşmürdü. O, SSRİ Dovlət Akademik BöyükTeatrının 175 illik yubileyini keçirən Ümumittifaq komitəsinin tərkibindədir. Budur, o, Moskva MXAT Teatrının yubileyindəki hökumət numayəndələrinin tərkibində, Moskvanın 800 illiyi münasibətilə keçirilən təntənələrdə hökumət nümayəndəliyindədir, Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi münasibətilə Ali Sovetin yubiley sessiyasında hökumət nümayəndəliyində, Tbilisinin 1500 illiyi münasibətilə keçirilən şənliklərdə hökumət nümayəndəliyi tərkibindədir. O, bütün vokal konfrans və müşavirələrində münsiflər heyətinin üzvü idi.

Yaxın və Orta Şərq olkələrinə böyük təsir göstərmiş, iki sintezə əsaslanan Bülbül məktəbindən yuxarıda söhbət açmışdıq. Təsadüfi deyil ki, 1957-ci ildə Moskvada keçirilən Gənclərin və Tələbələrin VI Ümumdünya Festivalında “Şərq xalqlarının klassik oxuma” müsabiqəsində Bülbül münsiflər heyətinin sədri idi.

Misir, İndoneziya, Koreya, Çin nümayəndələri Bülbüldən öz pedaqoji metodları barədə danışmağı xahiş edirdilər. Festival zamanı ən müxtəlif ölkə nümayəndələrilə ünsiyyətdə olan Bülbül öz zəngin təcrübəsindən onlara danışır, vokal sənətinin inkişaf yollarını axtarıb tapmaqda onlara kömək edirdi.

1959-cu ildə Moskvada İkinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilirdi.

Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq artisti, bəstəkar V.P.Solovyov-Sedoy yazırdı: “Mən “Koroğlu” ilə Moskvada keçirilən Birinci Azərbaycan İncəsənəti Dekadasında tanış oldum. SSRİ Xalq artisti Bülbül məni ürəyimin dərinliklərinə qədər həyəcanlandırdı. İndi o, Koroğlu partiyasını iyirmi il bundan əvvəl olduğu kimi yaxşı ifa edir. Misilsiz səs, gözəl aktyor ustalığı onda olduğu kimi də qalmışdır.”

Bülbül ömrünun son günlərinədək respbulikanın şəhər və kəndlərini gəzir, neftçilərlə, inşaatçılarla səmimi söhbət edir, pambıqçıların, üzümçülərin qonağı olurdu. Hər yerdə onu ən əziz, doğma adam kimi qarşılayırdılar.

Azərbaycanda elə yer yoxdur ki, böyük müğənni orada olmasın, səsi oradan eşidilməsin. Azərbaycanda elə yer yoxdur ki, orada zəhmətkeşlərin səmimi, gülərüz dostu, musiqini, xalqını hərarətlə sevən bu insanın nurlu xatirəsi ürəklərdə yaşamasın.

1961-ci il onun həyatında ən dolğun illərdən biridir. Sanki ömrünun son ili olduğunu düyan maestro hamı ilə təkrar görüşməyə, öz işıqlı sənətindən hamıya pay verməyə tələsirdi. O, həm Neft Daşlarında, həm kommunist əməyi briqadaları zərbəçilərinin Ümumittifaq müşavirəsində, həm döyüşçülərin təntənəli fəxri fərman təqdimatında, həm Uşaqları Müdafiə günündə, həm Amerika parlament nümayəndəliyi və italyan nümayəndəliyinin görüşündə, (italyanları təmiz ana dillərində salamlayarkən onlar vəcdə gəlmişdilər), həm də Azərbaycanda rus ədəbiyyatı həftəsi iştirakçıları ilə görüşdə idi. Bülbül respublikanın rayonlarına çox vaxt simfonik orkestrlə gedirdi, o, rayon və kənd zəhmətkeşlərini simfonik musiqiyə alışdırmaqdan yorulmurdu.

Bülbülün xalqa yaxın olması onun xalq yaradıcılığının inkişafına göstərdiyi diqqətdən aydın görünürdü. Ömrünun son ilində də o, aşıqların III qurultayının çağırılmasının təşəbbüskarı idi. 1961-ci ilin aprelində Bakıda Azərbaycan aşıqlarının III qurultayı çağırıldı, burada Bülbül müasir aşıq yaradıcılığının vəziyyəti barədə ətraflı məruzə ilə çıxış etdi.

“Bakinski raboçi” qəzeti yazırdı: “Bülbül iftixar və hörmət hissilə deyirdi ki, aşıq yaradıcılığı Azərbaycan professional musiqisinin inkişafında az rol oynamayıb və indi də respublikanın müasir bəstəkarları üçün tükənməz ilham çeşməsi olaraq qalmaqdadır. Aşıq əsərlərinin musiqi obraz və calarlarının zənginliyini açarkən onların yalnız güclü tərəflərini deyil, zəif tərəflərini də təhlil edirdi. Deyəndə ki, müasirlik aşıq mahnılarına öz dərin təsirini göstərmişdir, onların musiqi dilini genişləndirmişdir, o eyni zamanda qeyd edirdi ki, çox aşıq havaları yeknəsəkdir, bəzən melodiya mahnının sözlərilə ziddiyyət təşkil edir.

Mahnı folklorunun mahir bilicisi öz məruzəsini əyani şəkildə, konkret misallarla aydınlaşdırır və cavan müğənniləri klassik irsi yaradıcı şəkildə mənimsəməyə, inadla öyrənməyə, musiqi mədəniyyətini yüksəltməyə çağırırdı. Onun dərin məzmunlu məruzəsi təkcə aşıqları yox, bizim bir çox bəstəkarlarımızı, yazıçılarımızı düşünməyə vadar edirdi. Bülbül bir daha sübut etdi ki, o, incəsənətin problemlərinə əsl mütərəqqi mövqedən yanaşır, ənənə və novatorluq məsələlərini necə dərindən başa düşür”.

Ömrünun son günlərinədək o, xalqına doğru can atırdı. Çünki öz xalqını hədsiz məhəbbətlə sevirdi, xalq da ona eyni məhəbbətlə cavab verirdi. Onun yaradıcılığını qidalandıran, enerjisinə, həyatına daim tükənməz güc, qüvvət verən mühit, şərait idi.

Bülbül bütün konsertlərində öz çıxışına Asəf Zeynallının “Ölkəm” romansı ilə başlayırdı. Öz şairanəliyi ilə o, təbiətin gözəlliyini ürəkdən duyur və öz ölkəsini çox sevirdi, bu səbəbdən də istedadlı bəstəkarın yaratdığı onun ifasında romansın adi şərhi deyildi, zəngin təbiətin əlvanlığının canlı təcəssümü, bu təbiətin sehrli səsləri, göz oxşayan mənzərələri idi.

Müğənninin məftunedici səsi sanki respublikanın uca dağlarının, laləli çəmənlərinin üstündə pərvazlanır, onun təbiətilə culğaşıb qovuşur, heyrətamiz gözəlliyini zənginləşdirir, tamamlayırdı.

Qəribə bir təsadüf. Ölümündən bir az əvvəl o, Şuşaya, yerlilərinin yanına getdi, vaxtilə yaşadığı kiçik, köhnə evə dəydi. Yenə öz doğma şəhərində uşaqlıqda ağaclara dırmaşıb Bülbül kimi zəngulə vurduğu yerlərdə oxudu. Ürəyinə yaxın, doğma yerlərə baxdıqca, xalq xanəndəsindən professional vokal sənətinin görkəmli ustasına qədər keçdiyi böyük, çətin axtarışlarla dolu yolu xatırladı.

Bülbülün elmi fəaliyyəti hüdudsuz, genişmiqyaslı idi, onun tərəfindən böyük elmi əhəmiyyəti olan zəngin material toplanmışdı.

 Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikası Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu, Elmi-Tədqiqat Musiqi Kabinetinin bazası əsasında yaradılmışdır.

Bülbülün rəhbərliyilə Elmi-Tədqiqat Musiqi Kabineti tərəfindən aparılan çox Böyük iş nəticəsində Azərbaycan musiqi-mahnı folkloru nümunələrinin toplanması, yazılışı, öyrənilməsi və nəşri Azərbaycan bəstəkarlarının yaradıcılıq inkişafında əhəmiyyətli və məhsuldar rol oynamışdır.

Azərbaycan musiqi folklorunu incəliklərinə qədər bilən Bülbül xalq musiqi xəzinəsinin dərindən, hərtərəfli öyrənilməsi üçün çox böyük iş görmüş, respublikada bu işə bacarıqla rəhbərlik etmişdir.

Hökumət Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mukafatı laureatı, professor Bülbülün xidmətlərini yüksək qiymətləndirmişdi. O, iki Lenin, iki Qırmızı Əmək Bayrağı, “Şərəf Nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən muharibəsində şərəfli əməyə görə”, “Yuri Dolqoruki Moskvanın banisidir” medalları ilə təltif edilmişdir.

SSRİ ilə İtaliya arasında dostluq əlaqələrinin inkişafına görə Bülbül “Harribaldi Ulduzu” ilə təltif olunmuşdu.

Xalq Bülbülə böyük etimad göstərirdi. O, 1937-ci ildən başlayaraq, ömrünün son gününə – 26 sentyabr, 1961-ci ilə qədər bütün çağırışlarda Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi.

XALQA XİDMƏT NÜMUNƏSİ

SSRİ  Xalq artisti Bülbülün adı Azərbaycan, bütün çoxmillətli sovet mədəniyyəti tarixinə ustad müğənni kimi əbədi olaraq yazılmışdır. Azərbaycan sovet professional vokal sənətinin banisi Bülbül bu sənətin  ümumittifaq və dünya səviyyəsində tanınması üçün çox şey etmişdir. Bülbül gələcəyə yol açanların sırasında olmuş, həyatda və yaradıcılıqda vətənə , xalqa fədəkar xidmət nümunəsi göstərmişdir. Sosialist beynəlmiləlçiliyi, xalqlar dostluğu ideyaları ilə təsdiqlənmiş ilhamlı sənəti haqlı olaraq ümumxalq sərvətinə çevrilmişdir.Bülbülün anadan olmasının 90 illiyi musiqisinin qardaşlığı nurlu bayramına çevrildi ki, bu da qanunauyğun idi. Bu əlamətdar hadisəyə həsr edilmiş təntənəli gecə oktyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Burada Bakı ictimaiyyətinin nümayəndələri ilə yanaşı, sovet musiqi mədəniyyətinin görkəmli ustaları – vokalçıların respublikamızın paytaxtında keçirilən M.İ.Qlinka adına Ümumittifaq müsabiqəsi münsiflər heyətinin üzvləri də iştirak etmişlər.

 Gecəni Azərbaycanın Mədəniyyət Naziri Z.N.Bağırov açdı. O dedi: “Bülbül Azərbaycan musiqi mədəniyyəti tarixinə təkcə misilsiz gözəlliyi olan nadir səsə malik qeyri – adi istedad sahibi kimi deyil, həm də musiqi fəaliyyəti, ictimai, elmi və pedaqoji işlə fəal məşğul olan çoxcəhətli şəxsiyyət kimi daxil olmuşdur. Üzeyir Hacıbəyov və Müslüm Maqomayevdən başlamış Azərbaycanın bütün bəstəkarları onun  simasında gözəl ifaçı, parlaq təsfirçi tapmışdılar. Müğənni yaratdığı Kərəm, Əsgər, Əlyar, aşıq Qərib, əfsanəvi Koroğlu, Nizami və başqa surətlər ifaçılıq sənətinin gözəl nümunələridir. Bülbülün bütün həyatı xalqa, sənətə ali xidmət nümunəsi , insanı və yaradıcı maraqların olmasının 90 illik təntənəsi də, ilk növbədə, xalqın öz unudulmaz sənətkarına böyük məhəbbətin və minnətdarlığın ifadəsidir”.

Ümumittifaq Musiqi Cəmiyyəti Mərkəzi İdarə Heyətinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Xalq artisti İrina Arxipovaya söz verildi. O, dedi: “M.İ.Qlinka adına XII Ümumittifaq Vokalçıları Müsabiqəsinin keçirilməsi görkəmli ustad müğənni Bülbülün anadan olmasının 90 illiyinin bayram edilməsi ilə eyni vaxta düşmüşdür. Bu şanlı ildönümü yeni laureatların – Bülbülün xatirə muzeyini ziyarət edib, bu gözəl insanın həyat və yaradıcılığı ilə bağlı nə varsa, hər şeyin məhəbbətlə, qayğı ilə qorunduğuna əmin olduq, onun gözəl tərcümeyi – halı ilə yaxından tanışlıq əldə etdik. Bülbülün, 1933 – cü ildə keçrilimiş Ümumittifaq musiqiçi – ifaçıların birinci müsabiqəsinin qalibi oldugunu bilmək bizim üçün çox xoşdu.

Bülbülün yazılı fikirləri də qorunub saxlanılır. Bu fikir və rəylər dövrümüzlə yaxından səsləşir, bunlarda böyük insan və vətəndaş niyyəti və məramı tam əks olunmuşdur. Bülbül düzlük, vicdan və sənətdə özünə yüksək tələbkarlıq barədə fikirlər yürüdür ki, bu da indiki zamanda aktualdır və bizim hamımız üçün çox vacibdir”.

         Görkəmli ustadın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr, onun gözəl insani keyfiyyətləri barədə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti Rəşid Behbudov, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Xalq yazıçısı Mirzə İbrahimov, Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi Gültəkin Şamilova danışırdılar.

         Xalq məhəbbətindən böyük məhəbbət, xalqının sənə bəxş etdiyi ad – sandan yüksək ad – san yoxdur.

Lenin mükafatı laureatı, SSRİ Xalq artisti Mariya Biyeşu çıxışında dedi: “ Bizə görkəmli vokal ustası, gözəl insan və vətəndaş Bülbülün yubileyində iştirak etmək kimi böyük səadət nəsib olmuşdur. Dahi Azərbaycan müğənnisi bizim Moldaviyada da tanıyır və sevirlər. Bülbülə məhəbbətimin ifadəsi olaraq şən Azərbaycan xalq havalarının çox oxşayan Moldav doynasını oxuyacağam”.

Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti Yermek Serkebayev doğma Alma – Atada ilk dəfə Bülbülün misilsiz ifasında “Koroğlu” operası yazılmış vala qulaq asıldığı anların, müharibədən əvvəlki o uzaq çağların xatirələrini danışdı. O vaxtdan müğənninin füsunkar səsi onun hafizəsində həmişəlik həkk olunmuşdur. Çox illər keçəndən sonra isə o, Sovet Azərbaycanının 40 illiyi təntənələtində iştirak edən Qazax nümayəndə heyətinin tərkibində olduğu zaman filarmoniyanın zalında oxumuş, Bülbül də onu ürəkdən təbrik etmiş, xeyir – dua vermişdi. Natiq dedi: “ Bu gün mən, ürəyimizdə daim yaşayacaq Bülbülün nurlu xatirəsini yad etdiyim üçün xoşbəxtəm”.

         Bülbül adına orta ixtisas musiqi məktəbinin kamera orkestri öz çıxışı ilə qonaqları salamladı.

         Təntənəli gecə ulduzların Bülbülün şərəfinə verdiyi konsertlə yekunlaşdı. Konsertdə SSRİ Xalq artistləri Qalina Kovalyova, Mariya Biyeşu, Yermek Serkebayev, Virqilius Noreyka, Azərbaycan Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin və Litvanın Xalq artisti İonas Aleksanın idarə etdiyi Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edirdi. Sonra Bülbülün vala yazılmış füsunkar səsi salona toplaşanların qəlbində əks – səda verdi.

         Gecədə Azərbaycan KP MK katibi R.Mehdiyev, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini F.Əhmədov iştirak edirdilər.

         Bülbülün vətəni Şuşada da onun 90 illiyi təntənə ilə qeyd edildi, “Mahnı bayramı”, bir sıra tədbirlər, müğənnilərin, aşıqların və digər qonaqların çıxış etdiyi konsert onun şərəfinə həsr olunmuşdu. Bütün Şuşa tədbirə toplanmışdı. Onlar Bülbülün ev – muzeyini ziyarət etdilər, sonra büstün qarşısına gül – çiçək dəsti qoydular.

Bakinski raboçi” qəzeti,

1987-ci il

Mən Bülbül haqqında söhbəti sənətkarın öz sözləri ilə bitirmək istəyirəm:

“…Mən arzuma çatdım, Azərbaycanda Konservatoriya bitirmiş öz yaradıcı və ifaçı kadrlarımız, aktyor, aktrisalar, dirijorlar, orkestrdə çalan musiqiçilər yetişmişdir. İndi bizim konservatoriyada pedaqoqların əksəriyyəti azərbaycanlılardır.

Hərgah milli bəstəkarlar dairəsi iki adla: Üzeyir Hacıbəyov və Müslüm Maqomayevlə məhdudlaşırdısa, indi Azərbaycanda istedadlı və təhsilli bəstəkarlar nəsli yetişmişdir: Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi, Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Rzayev qardaşları.

Azərbaycan bəstəkarları bədii inkişafları sahəsində irəliyə nəhəng bir addım atmışlar.

Azərbaycan bəstəkarlarının baletləri, simfonik əsərləri, musiqili komediyaları, skripka və fortepiano üçün əsərləri bütün dünyada böyük uğur qazanmışdır.

Azərbaycanın vokal sənəti üçün səciyyəvi olan yalnız solo muğam ifası, tenor idi. Bariton və bas səs hesab olunmurdu.

Çox zəngin mahnı yaradıcılığı, gözəl musiqiçiləri, xanəndələri olan Azərbaycan xalqı çoxsəsli, kollektiv oxumadan, murəkkəb simfonik səslənmədən xəbərsizdi.

Muğam operası o janrdır ki, Azərbaycanın musiqisinin yazılı tarixi onunla başlanır, çünki digər musiqi formaları bizdə yaranmırdı.

Yaradıcı qüvvələrin yüksəlişi ilə böyük və kiçik formalı yeni musiqi əsərlərinin yaradılması məsələsi mümkün oldu.

Qərbi Avropada opera sənəti yüz illər ərzində inkişaf etmişdir, Azərbaycan isə bu yolu sovet hakimiyyəti illərində kecmişdir.

Bizim müasir klassik Azərbaycan operaları yüksək bədii səviyyədə yazılmışdır.

Musiqi məzmununa, orijinallığına, təzəliyinə və parlaqlığına görə onları Avropa opera əsərlərinin ən yaxşıları ilə yanaşı qoymaq olar.

İstedadlı, əməksevər Azərbaycan xalqı elm və texnikanın bütün sahələrində böyük müvəffəqiyyətlər qazanmışdır, Azərbaycan incəsənəti nəhəng yaradıcılıq yüksəlişinə nail olmuşdur, Azərbaycan milli musiqi mədəniyyəti inkişaf edib çiçəklənmişdir.

Nailiyyətlərimizi gördükcə sevinirəm, fəxr edirəm və istəyirəm ki, bizim gələcəyimiz indikindən də gözəl olsun, incəsənətimiz güclü, cəsarətli, ağıllı, bilikli adamları yüksəklərə qaldırsın.

50 ildir ki, Bülbül aramızda yoxdur.Lakin onun xatirəsi əbədi olaraq qəlblərdə yaşayır.Xalq öz Bülbülünü sevir, onu yada salır, maestro Bülbülün xatirəsini yad edir.Qəzet və jurnallar, radio və televiziya bu illər ərzində Bülbülu yaddan çıxarmır. Gənc və samballı musiqişünaslar, yazıcı və bəstəkarlar, həmçinin müxtəlif peşə sahibləri öz xatirələrini qəzet və jurnallarda dərc etdirir, radio Bülbülə həsr edilmiş verilişlər hazırlayır, televiziya onun çıxışlarının və filmlərini göstərir, kitablar nəşr olunur. Bülbülü dinləyənlər onun ifasında sevdikləri ariya, romans və mahnıları yada salırlar.Onun xatirəsi qəlblərdə yaşayır.Yüzlərlə insan onun doğum və vəfatı günündə Fəxri Xiyabana gəlir, Bülbülün məzarını ziyarətedərək onun üzərinə əklil qoyurlar.

Bir daha əmin oluruq ki, əsl sənət heç vaxt qocalmır.Nəhəng, parlaq istedad gələcək nəsillərin qəlbində əbədi yaşayır.

Bülbülün anadan olmasının 90 illiyinə həsr olunan təntənəli gecə buna sübütdur.

 

 

WHATSAPP ZƏNG ET