Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

Muzeylər Günü

Muzeylər Günü

Bülbülün Memorial Muzeyində Muzeylər Günü...

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Hər il olduğu kimi bu il də Bülbülün Memorial Muzeyində Muzeylər Günü qeyd olundu. 18-19 may tarixlərində muzeydə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün şəxsi əşyalarından ibarət sərgi təşkil olunmuşdur. Sərgi muzeyin qonaqları tərəfindən maraqla qarşılandı.

 

 

 

 

21.05.2018
WHATSAPP ZƏNG ET
Table 'bulbul_bulbul.c24mehey_thread_notify' doesn't exist