Azərbaycan, Bakı şəhəri, Xəqani küçəsi 43
+994 (12) 493-5697

Maestro Bülbülün 118 illiyi qeyd edildi

Maestro Bülbülün 118 illiyi qeyd edildi

  Maestro Bülbülün 118 illiyi qeyd edildi

 
 22 iyun 2015– ci il tarixində Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün 118 illiyi qeyd edilmişdir. Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova Maestro Bülbülün xanımı, onun zəngin irsinin əvəzsiz tədqiqatçısı, Bülbülün Memorial Muzeyinin Fəxri Direktoru Adelaida xanım Məmmədovanın fədakar səylərindən bəhs etdi. Onun xatirəsi yad edilərək, Adelaida xanımın həyat və yaradıcılığından bəhs edən video nümayiş etdirildi.
  Tədbirdə Muzeyin Baş mühafizi İsgəndərova Nigar Bülbülün həyat və yaradıcılıq yolundan danışdı. Əməkdar İncəsənət Xadimi Səriyyə İsmayılova, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdər Fərəcov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, İnform.az saytının baş redaktoru, araşdırmaçı -yazar Xalidə Xalid çıxış etdilər.
   Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən Bülbülün repretuarından “Sevgili canan”, “Sənsiz”, “Qara tellər” ifa edildi.
O cümlədən, Bülbülün 400 dəfədən çox çıxış etdiyi “Koroğlu” opearsından fraqment nümayiş etdirildi.
Tədbirin sonunda Bülbülün həyat və yaradıcılığından bəhs edən film qonaqlara təqdim edildi.
Dahi Bülbülün məzarı Fəxri Xiyabanda ziyarət edildi.
06.06.2017
WHATSAPP ZƏNG ET