Azerbaijan, Baku city, Xaqani 43 st.
+994 (12) 493-5697

Для детей

Uşaqlar üçün

“Biz hələ də dərk edə bilməmişik ki,

Bülbül bizim mədəniyyətimiz üçün kim olub.

 50 ildən sonra dərk edəcəyik.”

Fikrət Əmirov

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor  Bülbül xalq xanəndəsindən sovet  vokal sənətinin görkəmli ustasına qədər böyük yaradıcılıq yolu keçmiş, öz yaradıcılığı ilə sovet və dünya vokal mədəniyyətini zənginləşdirmiş müğənnidir.

Bülbül 1897-ci il, iyunun 22-də Şuşada Azərbaycanın bir çox böyük şair və

musiqiçilərinin, səciyyəvi Şərq səsi və orijinal ifa tərzi olan muğam xanəndələrinin vətənində doğulmuşdur. Elə burada-Şuşada Bülbülün, 8 yaşlı xanəndə oğlanın sənət taleyi başlanır. Onun oxuma sənəti təbiətin bəxş etdiyi səsdən, bülbülləri məharətlə yamsılamaqdan ibarət idi. Xalq onu Bülbül deyə çağırırdı.  Bu ad ona əbədi möhürləndi. Bütün rəsmi sənədlərin –  pasport, attestat, diplomlar, deputat vəsiqələri, təltiflər, afişaların hamısında onun adı Bülbül kimi qeyd olunmuşdur.

1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlayır.  Bu, məhdud dairədə olan məşğələlər idi. Burada əsas diqqət dini oxumalara – mərsiyə və şəbih üçün xanəndələr hazırlamağa verilirdi.

Azərbaycan spesifik şərq oxuma məktəbini, bütün muğamları öyrənən, məşhur Şuşa xanəndələri ilə ünsiyyətdə olan Bülbül  çox  keçmədən  Zaqafqaziya və Orta Asiyada populyar xanəndə olur.

1909-cu ildə Bülbül Gəncəyə köçür.

1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. O dönəmlərdə bura düşmək asan deyildi. Hamı möcüzə oğlanı görmək istəyirdi.

Tez-tez Tiflisə gələn Bülbül konsert və tamaşalara, gürcü operalarına gedir,

Tiflisdə qastrolda olan italyan müğənnilərinin ifasında operalara qulaq asır və fikirləşir ki, görəsən, o da bir vaxt belə oxuya biləcəkmi?!

O, keçdiyi xanəndəlik məktəbi ilə klassik opera sənəti arasında çox böyük fərq olduğunu başa düşür, italyanlar kimi oxumaq, İtaliyanı görmək, orada təhsil almaq istəyirdi. Bütün bunlar hələ arzu olaraq qalırdı.

Təhsil almaq arzuları Bülbülü rahat buraxmırdı.

1920 – ci ildə Bülbül həmişəlik Bakıya köçür və 1921-ci ildə Azərbaycan Konservatoriyasına daxil olur.

1927 – ci ildə Bülbül konservatoriyanı bitirib İtaliyaya gedir.

1927-ci ilin noyabrından 1931-ci ilin oktyabrınadək  Bülbül Milanda oldu.

Budur, dörd il arxada qaldı. O, artıq öz məqsədinə çatmışdı. 1931-ci ildə İtaliya jurnalı “Arte Nostra” Bülbülün iri şəklini və “Azərbaycandan gəlmiş Bülbül” adlı məqaləni  çap etdi. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya gəlmiş ilk vokalçıdır, o, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir və maestro Rafaele Qrani Bülbülün italyan oxuma məktəbinə, dərsdemə üsuluna mükəmməl yiyələndiyini etiraf etdikdən sonra Bülbül vətəninə qayıtmağa tələsir ki, Avropada topladığı bilikləri öz xalqına versin, öz arzusunu – iki məktəbin sintezini həyata keçirsin. Bu cür sintezin gözəl sübutu Bülbülün öz yaradıcılığıdır”.

Milanda yaşayarkən, Bülbül daha da böyük məşhurluq əldə edir. Çalışqan azərbaycanlı haqqında bir çox müəllimlər, artistlər, incəsənət həvəskarları danışırdılar.

Onun haqqında dərindən maraqlanırdılar, axı Bülbül müsəlman aləmindən İtaliyaya oxumaq üçün gələn  ilk vokalçı idi. Avropa və Şərq maneralarında oxumağı bacaran azərbaycanlı ifaçıya “Kolumbiya” firmasının agentləri müraciət etdi. Dünyanın bir neçə fərqli ölkələrində çıxış etmək üçün Bülbülə dəvətlər və təkliflər yağırdı. Lakin Bülbül onları rədd etdi və vətənə döndü.

O, Azərbaycanda yeni vokal məktəbi yaratdı.

Bülbülün bütün həyatı Azərbaycan incəsənətinin inkişafı üçün atılmış addımdır.

O, daima yüksəklərdə olan unudulmaz obrazlar yaratmışdır:

“Əsli və Kərəm” – Kərəm

“Şahsənəm” – Qərib

“Nərgiz” – Əliyar

“Koroğlu ” – Koroğlu. Bu rolu Bülbül 400 dəfədən artıq ifa etmişdir.

“Səfa” – Seyran

“Anuş” – Saro

“Xosrov və Şirin” – Fərhad

“Vətən” – Aslan

“Arşın mal alan” – Əsgər

“Nizami” – Nizami

“Riqoletto” – Hersoq

“Toska” –  Kavaradossi

“Karmen”- Xose

Bülbül vokal sənəti üzrə Şərq və Qərbi birləşdirərək bu sənətdə inqilab etdi.

Bülbül öz balaca dostları ilə də görüşməyə vaxt tapırdı. O, tez-tez məktəblilərlə görüşür, pioner düşərgələrində və uşaq evlərində olurdu. Hər bazar günü o, kitablar, oyuncaqlar, şirniyyat alaraq uşaq evlərinə gedirdi. Öz Stalin mükafatını da uşaq evinə bağışlamışdır.

1961-ci il sentyabrın 26-da Bülbülün döyünən ürəyi susdu. Sovet musiqi incəsənətinə əvəzsiz, ağır itki üz verdi. Öz sədaqətli oğlunu və dostunu itirən bütün Azərbaycan dərin matəmə büründü.

 Partiya və Bakı hökumətinin qərarı ilə  1976 – cı ildə Maestro Bülbülün Memorial Muzeyi yaradıldı.

Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Xalq  yazıçısı Mirzə İbrahimov yazırdı: 

Bülbül sözün əsl mənasında ölməz sənətkardır.

Xalq onun işıqlı surətini ürəyində qranit abidə kimi qayğı ilə qoruyur.

Əziz Bülbül! Sən bu gün də bizim aramızdasan.

Sənin adın çəkilən hər yerdə insanların çöhrəsinə təbəssüm qonur, gözlər sevincdən, fərəhdən nurlanır.

Belə olub, daim belə də olacaq.

WHATSAPP ZƏNG ET