Азербайджан, г. Баку, ул. Хагани 43
+994 (12) 493-5697

Экспозиция

 
 

   Bülbülün ölməz simasını canlandıran 1978-ci ildə heykəltaraş Aslan Rüstəmov tərəfindən yaradılan büst muzeyə gələnləri qarşılayır. Muzeyin girişində  Bülbülün xatirəsini əbədiləşdirən fotostendlər nümayiş etdirilir.

 

 1-ci otaq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Bülbülün sağlığında olduğu kimi saxlanılmış yataq otağında Bülbülə aid yataq mebeli, Bülbülün kostyumu, 1897-ci ildə doğulduğu Şuşa şəhərindəki evinin maketi, divarda Bülbülün  ailəsi ilə fotoşəkilləri və Nadir Əbdürrəhmanovun Şuşa mənzərəsi ekspozisiya edilir.

 

2-ci otaq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   Qonaq otağıdır. Otağın əsas eksponatları  Bülbülün yaradıcılıq həyatındakı dəyişikliklərdən bəhs edən sənədlərdən, Bülbülə həmkarları və dostları tərəfindən bağışlanmış yaradıcılıq hədiyyələrindən, 1958-ci ildən Bülbülə məxsus “WEINBACH ” markalı royaldan, Bülbülün xaricdə çəkdirdiyi şəkillərdən ibarətdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 
 
 
 
 
   Muzeyə gələn qonaqların diqqətini ən çox 1931-ci ildə İtaliyada dərc olunmuş  məşhur musiqi jurnalı “Arte Nostra” cəlb edir. Bu jurnal 1931-ci ildə Bülbülün böyük portretini və onun haqqında yazılmış məqaləni çap etdi: məqalədə deyilirdi ki, “müsəlman aləmindən olan ilk azərbaycanlı vokalçı Bülbül İtaliyaya təhsil alamaq üçün gəlmiş və spesifik Şərq oxuma tərzindən Avropa oxuma məktəbinə keçmişdir.
 
4 illik təhsil geridə qalmışdır. Maestro Qrani Bülbülün İtaliya tədris metodikası və italyan ifaçılıq məktəbini mükəmməl öyrənmsini etiraf etdikdən sonra Bülbül əldə etdiyi biliyi xalqa çatdırmaq, iki məkətbin sintezini həyata keçirmək üçün vətənə tələsir.
 
Belə bir sintezin mümükün olduğuna və parlaq nəticə verdiyinə Bülbülün öz yaradıcılığı çox gözəl sübutdur”.
 

  3-cü otaq

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     Bülbülün iş otağı olmuşdur. Məhz bu otaqda Bülbül yeni konsert proqramları hazırlanır, yeni operalar yaradılır, Azərbaycan musiqi incəsənətinin inkişafına dair yeni fikirlər irəli sürülürdü. Burada Bülbül elmi məqalə və məruzlər yazır, elmi konfranslara, vokal müşavirələrinə hazırlaşır, Azərbaycan vokal sənəti nəzəriyyəsini işləyir, milli vokal kadrlarının təlimi üçün dərs vəsaitləri tərtib edir, xüsusi məşqlər hazırlayırdı.
 
   Bu otaqda fonoqraf, Bülbülün “Becker” pianosu, radiosu, Elmi Tədqiqat Musiqi Kabinetinin (ETMK-nın) materialları, Bülbülün yazı stolu, deputat fəaliyyəti haqqında sənəd və şəkillər, ictimai xadimlərin Bülbülə bağışladığı hədiyyələr, Bülbülün zəngin kitabxanası nümayiş etdirilir.
 

 

4-cü otaq

   Sərgi otağıdır. Otağın tematikası Bülbülün xalq xanəndəsindən görkəmli professional vokal sənətinin ustasına kimi keçdiyi böyük bir yaradıcılıq yolunun ifadəsidir.
 
   Sərgi 1920-ci il Bülbülün ilk dəfə Kərəm rolunda çıxış etidyi “Əsli və Kərəm” muğam operasının proqramından başlayaraq Bülbülün xatrəsini əbədiləşdirən vitrinə kimi xronoloji ardıcıllıqla tərtib edilmişdir.
 
   Sərgi otağı Bülbülün aldığı mükafatlar, Fəxri Fərmanlar, dəvət olunduğu dövlət əhəmiyyətli tədbirlər, çıxış etdiyi yubiley tədbirlərinin və operaların şəkilləri, afişa və proqramları, müharibə dövrünə aid yaradıcılıq materialları, o cümlədən, İ.Stalinin Bülbülə ünvanladığı iki təşəkkür teleqramları, təltif olunduğu medallar, deputat vəsiqələrinin nümayiş olunduğu vitrinlərdən ibarətdir.
 
 

  

WHATSAPP ZƏNG ET